Icma.az
close
up
RU
Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər...

Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər...

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Prezident postunu tərk edən siyasətçi “qaranlıq pullar”ı təhdid adlandırdı: “Güc oliqarxların əlində cəmləşir”

“ABŞ-da güc getdikcə daha çox az sayda super zəngin insanların əlində cəmləşir ki, bu da demokratiyanı təhdid etməyə başlayır”. Bu sözləri ABŞ Prezidenti Co Bayden xalqa vida çıxışında deyib.

“Bu gün Amerikada oliqarxiya yaranır, onun böyük sərvəti, gücü və nüfuzu demokratiyamızı, əsas hüquq və azadlıqlarımızı və hər bir insanın uğur qazanmaq imkanını təhdid edir. Bunun təsiri Amerikanın hər yerində hiss olunur”, - Bayden bildirib.

Postunu təhvil verməkdə olan Prezidentin fikrincə, hakimiyyətin və sərvətin cəmləşməsi vətəndaşların “birlik və ümumi məqsəd hissini” korlayır, cəmiyyətdə “inamsızlıq və parçalanma” yaradır: "Biz milyarderlərə ən böyük vergi güzəştləri verməklə deyil, onları ədalətli paylarını ödəməyə başlamağa məcbur etməklə vergi məcəlləsində islahatlar aparmalıyıq. “Qaranlıq pullar”a – seçki kampaniyalarının gizli maliyyələşdirilməsinə nəzarət etmək lazımdır”.

Bayden heç bir prezidentin vəzifədə olarkən törətdiyi cinayətlərə görə məsuliyyətdən qaça bilməməsi üçün ABŞ Konstitusiyasına dəyişiklik etməyi də təklif edib: “Prezidentin səlahiyyəti qeyri-məhdud deyil. Bu, mütləq deyil və bu baş verməməlidir".

Keçən il ABŞ Ali Məhkəməsi Donald Trampa qarşı irəli sürülən ittihamlardan sonra qərar verib ki, prezidentlər ofislərinin əsas vəzifələri olan hərəkətlərə görə mütləq toxunulmazlığa malikdirlər.

Prezidentliyi dövründə əldə etdiyi nailiyyətləri sadalayan Bayden administrasiyasının NATO-nu gücləndirdiyini, Ukraynanın azadlığını müdafiə etdiyini, Qəzza razılaşmasını təsdiqlədiyini və Çinlə qarşıdurmada uğur qazandığını bildirib. Bundan əlavə, 17 milyona yaxın yeni iş yeri açılıb və səhiyyə xidmətlərindən istifadə imkanları genişləndirilib.

Eyni zamanda, Prezident Rusiyadan və ya Vaşinqtonla Moskvanın münasibətlərindən bəhs etməyib: “Nailiyyətlərimizin təsirini hiss etmək üçün vaxt lazımdır. Lakin toxumlar əkilib və onların cücərtiləri yaxın onilliklərdə böyüyəcək”.

Bayden Trampa hakimiyyətin sülh yolu ilə ötürülməsini təmin etdiyini qeyd edib və yeni administrasiyaya uğurlar arzulayıb.

Xarırladaq ki, ABŞ-ın yeni Prezidenti Donald Trampın andiçmə mərasimi yanvarın 20-də olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://ayna.az
archiveBu xəbər 16 Yanvar 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri