Icma.az
close
up
RU
Menu

17 ci körpəsini dünyaya gətirdi

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

U 17 millisi Gəncədə

Turan Tovuz Fənərbaxça matçının biletlərini necə əldə etmək olar? qiymətlər bəlli deyil

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

Bakı “Red Bull” pilotu üçün həlledici olacaq

Baydenin Cənubi Qafqaza son “sürprizi”

Baydenin Cənubi Qafqaza son “sürprizi”

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müəmmalı "unutqanlıq"
ABŞ-nin Azərbaycanda mina təhlükəsi ilə mübarizəyə milyonlarla dollar ayırdığını vurğulayan səfir, yalançı konspiroloji nəzəriyyələrə əsaslanan skeptiklərin ikitərəfli münasibətlərə şübhə toxumu səpməyə çalışmasına baxmayaraq, Vaşintonun hərəkətlərinin bu iddialardan daha “yüksək səslə danışdığını” iddia edib.
Maraqlıdır ki, milyonlarla dolların, özü də Amerikanın verdiyi vəsaitdən dəfələrlə artıq ölkəmizin buna ayırdığı pulların, təcavüzkar Ermənistanın Azərbaycan ərazilərində basdırdığı minaların təmizlənməsinə xərcləndiyini “unudan” Mark Libbi, Vaşinqtonun İravənla strateji tərəfdaşlıq barədə imzaladığı xartiyanı da yada salmağa lüzum görməyib. Özünün birbaşa rəhbəri olan Antoni Blinkenin erməni həmkarı Ararat Mirzoyanla imzaladığı bu sənədin əslində Ermənistandakı revanşistlər üçün kart-blanş rolu oynadığını yaxşı dərk edən səfirin belə “unutqanlığı” məntiqlə başa düşüləndir.
Sarkisyan: "Ermənistanda ABŞ hərbi bazası olmayacaq" Sözügedən xartiyada, layiqli və davamlı sülhün Cənubi Qafqazda daha sabit və firavan gələcək üçün əsas olduğu, Vaşinqtonun isə Ermənistan və Azərbaycan arasında sülh prosesini, o cümlədən 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan demarkasiya prosesini dəstəklədiyi vurğulanır.
Həmçinin, ABŞ-nin Cənubi Qafqazda ölkələrin suverenliyi və yurisdiksiyası əsasında regional nəqliyyat kommunikasiyalarının açılmasının tərəfdarı olduğu bildirilir. Amma bu kontekstdə 10 noyabr 2020-ci il Üçtərəfli Bəyannaməsinə əsasən Zəngəzur Dəhlizi ilə bağlı İrəvanın öz üzərinə götürdüyü öhdəliyə yox, Nikol Paşinyanın irəli srüdüyü absurd “Dünyanın kəsişməsi” layihəsinə güclü siyasi dəstək verilməsi zərurəti qeyd olunur.
Xartiyada ən diqqətçəkən məqam tərəflərin müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq proqramlarının əhatə dairəsini genişləndirmək, ikitərəfli müdafiə məsləhətləşmələrinə başlamaq və peşəkar hərbi təlim vasitəsilə Ermənistan Silahlı Qüvvələrinə kömək etmək niyyətinin ehtiva olunmasıdır. Beləliklə, Vaşinqton Cənubi Qafqazda tarixən təcavüzkar siyasət yürüdən və hazırda regionda yeni müharibə təxribatına əl atmaq üçün əlverişli fürsət gözləyən Ermənistanın silahlandırılmasını və ordusunun gücləndirilməsini İrəvanla əməkdaşlığın vacib komponenti kimi qiymətləndirir.

Qeyd edək ki, xartiya erməni cəmiyyətində ciddi tənqidlə qarşılanıb. Məsələn, erməni politoloq, amerikaşünas Suren Sarkisyan Vaşinqtonla İrəvan arasında imzalanmış srateji tərəfdaşlıq xartiyasının ABŞ-nin Ermənistana təhlükəsizlik zəmanəti vermək, hərbi yardım göstərmək və ya silah-sursat satmaq üçün heç bir öhdəliyini nəzərdə tutmadığını bildirib ki, bu da həqiqətən belədir.
Çünki erməni revanşistlərin iddialarına rəğmən, hərbi bazaların və ya hərbi kontingentin yerləşdirilməsi, habelə qarşılıqlı hərbi yardım yalnız hərtərəfli strateji tərəfdaşlıq sazişində xüsusi bəndlərin ehtiva olunması nəticəsində həyata keçirilə bilər. Məsələn, Rusiyanın Belarus və Şimali Koreya ilə hərtərəfli strateji tərəfdaşlıq barədə imzaladığı sazişlərdə qarşılıqlı hərbi yardım məsələsi xüsusi maddələrdə öz əksini tapıb. Amma Rusiya ilə İran arasında iki gün əvəvl imzalanmış analoji müqavilədə belə bir müddəa yoxdur.
Yeri gəlmişkən, Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının yerləşdirilməsi də 1995-ci il martın 16-da imzalanmış 25 illik xüsusi müqavilə əsasında razılaşdırılıb, 2010-cu ilin avqustunda isə iki ölkənin prezidentləri bu müqavilənin müddətini 2044-cü ilə qədər uzatmaq barədə protokol imzalayıblar. 2011-ci ilin aprelində bu protokol Ermənistan və həmin ilin iyununda isə Rusiya parlamentləri tərəfindən təsdiqlənib. 1997-ci ilin avqust ayının sonlarında hətta Rusiyanın Ermənistandakı hərbi bazasında xidmət keçən hərbçilərin bazadan kənar yerlərdə silhadan istiafadə etməsi barədə xüsusi saziş də imzalanıb.

ABŞ-Ermənistan strateji tərəfdaşlıq xartiyası isə nəinki hərbi yardımı nəzərdə tutan müqavilə deyil, heç hərtərəfli strateji tərəfdaşlıq sazişi də deyil. Bu, əslində, mahiyyət etibarı ilə, hərbi yardımı nəzərdə tutmayan niyyətlər protokoludur.
Gizli və aşkar niyyətlər
Amma imzalanmış xartiyaya istinad edən Vaşinqtonun Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərmək planı bu məsələyə xüsusi çalar qatır. Belə ki, hazırda ikitərəfli müqaviləyə əsasən, Ermənistanın İran və Türkiyə ilə sərhədlərini Rusiyanın Feteral Təhlükəszilik Xidmətinin (FTX) sərhəd qoşunları qoruyur. 10 noyabr 2020-ci il Üçtərəfli Bəyannaməsində də Zəngəzur Dəhlizinin Ermənistandan keçən ərazisinə məhz bu qüvvələrin nəzarət edəcəyi ehtiva olunur.
Bu baxımdan, ABŞ-nin son zamanlar Qərbi Zəngəur ərazisində möhkəmlənmək cəhdlərinin, o cümlədən ora xüsusi sərhəd mühafizə qrupu göndərmək planının arxasında “bir gülləyə iki dovşan vurmaq” niyyəti gizlənir. Bir tərəfdən, Zəngəzur Dəhlizinin Ermənistandan keçən ərazisinə Rusiyanın nəzarət etməsini əngəlləmək və gələcəkdə hətta Rusiyanın sərhəd qoşunlarının tədricən Ermənistan-İran, habelə Ermənistan-Türkiyə sərhədlərindən uzaqlaşdırmaq, digər tərəfdən isə, İranın “qulağının dibində” möhkəmlənməklə Tehran üçün ciddi təhdidlər atmosferi yaratmaq.

İrana qarşı çox sərt mövqeyi ilə seçilən və Rusiya ilə Ukrayna münaqişəsinin dayandırılması barədə Putinlə tezliklə razılaşmağa çalışacağını dəfələrlə vurğulayan Donald Trampın andiçmə mərasiminə təxminən bir həftə qalmış Ermınistanla strateji tərəfdaşlıq xartiyası imzalayan Bayden administrasiyası əslində Cənubi Qafqaza özünün sonuncu “təhrikçi sürpriz”ini edib. Tramp administrasiyasının bu təxribatçı siyasətin girovuna çevriləcəyi halda onun Moskva və Tehranla ortaq məxrəcə gələ biləcəyi inandırıcı görünmür. Bu isə, Cənubi Qafqazda yeni müharibənin alovlanması təhlükəsini gücləndirir.
Tarixən ermənipərəst mövqeyi ilə seçilən demokratların hakimiyyəti təhvil vermək ərəfəsində getdikləri bu avantüra Rusiyanın nüfuzuna Cənubi Qafqazda ciddi zərbə endirmək cəhdinin və İrəvanı Moskvanın orbitindən çıxarmaq yönündə onların apardıqları ənənəvi siyasətinin məhsuludur.
Bu oyunda kim uduzdu, kim uddu?
Bayden administrasiyasının siyasətinin mahiyyəti bəlli olsa da, Paşinyan hökumətinin hərəkətlərinin hansı məntiqə söykəndiyi heç cür anlaşılan deyil. Belə ki, ABŞ-Ermənistan strateji tərəfdaşlıq xartiyası sayəsində Vaşinqton ciddi geosiyasi dividendlər qazanacağı halda, ermənilərin Rusiya və İranı qıcındırmaqla əhəmiyyətli dərəcədə iqtisadi itkilərə məruz qalacağı heç bir şübhə doğurmur. Belə gedişlə onsuz da sosial-iqtisadi problemlər məngənəsində boğulan Ermənistan nəinki ən ucuz qiymətlərə aldığı Rusiya qazından, habelə Qərbin sanksiyalarından yan ötərək Rusiya ilə aparıdğı kölgə işbirliyi sayəsində qazandığı milyardlarla dollardan məhrum ola bilər.

Ən əsası isə, növbəti dəfə böyük güclərin əlində alətə çevrilən Ermənistan son nəticədə yeni faciə ilə üzləşməli olacaq. Digər tərəfdən, Donald Trampın demokratların bir sıra “ağılsız” addımalrı kimi Bayden administrasiyasının Cənubi Qafqaza son “təxribatçı sürprizi”ni də ləğv edəcəyi istisna deyil. ABŞ-nin yeni prezidentinin Azərbaycana və Türkiyəyə sərgilədiyi münasibət belə düşünməyə tam əsas verir. Bu münasibətin əsas səbəbi isə bölgədəki yeni geosiyasi reallığın bütün məsələlərdə Bakı və Ankarının mövqelərinin nəzərə alınması zərurətidir.
Sahil İsgəndərov, politoloq
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://azvision.az
archiveBu xəbər 20 Yanvar 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see279

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see262

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see250

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see237

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see234

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see227

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see226

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see219

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see218

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see210

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see201

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see193

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see189

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see188

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see187

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see186

Turan Tovuz Fənərbaxça matçının biletlərini necə əldə etmək olar? qiymətlər bəlli deyil

22 Sentyabr 2026 00:42see185

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see180

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see177

Bakı “Red Bull” pilotu üçün həlledici olacaq

22 Sentyabr 2026 00:42see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri