Icma.az
close
up
RU
Baydenin dövründə ABŞ nin hakim dairələri Azərbaycana münasibətdə yanlış mövqe tutdular DEPUTAT

Baydenin dövründə ABŞ nin hakim dairələri Azərbaycana münasibətdə yanlış mövqe tutdular DEPUTAT

Aznews.az saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bir sıra aktual məsələlərə toxundu və mühüm mesajlar verdi. Dövlətimizin başçısının sözügedən müsahibəsi həm də növbəti dəfə Azərbaycanın beynəlxalq mövqeyinin təqdimatı oldu.

Bu sözləri AzNews.az-a Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, dövlət başçısı müsahibəsində Azərbaycan-Çin münasibətləri ilə bağlı fikirlərini ifadə edib, ölkələr arasında əlaqələri yüksək qiymətləndirib:

“Bildiyiniz kimi, Azərbaycan həmişə Çinlə əlaqələrə böyük önəm verir. Ötən dövr ərzində bu əlaqələr yüksələn xətlə inkişaf edib. Azərbaycan-Çin əlaqələrinin inkişafında dövlət başçılarının şəxsi dostluq münasibətləri də mühüm rol oynayır. Təsadüfi deyil ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi Çinin “böyük dostu” adlandırıb. Hazırda Azərbaycan-Çin münasibətləri özünün inkişaf dövrünü yaşayır. 2024-cü ildə dövlət başçılarının imzaladıqları strateji tərəfdaşlıq haqqında sənəd ölkələrimiz arasındakı münasibətlərdə yeni səhifə açıb”.

Deputat xatırladıb ki, bu yaxınlarda Azərbaycana səfər etmək istəyən Çin vətəndaşları viza almaq tələbindən azad edilib: “Hazırda ölkəmizə gələn Çin vətəndaşları heç elektron viza üçün də müraciət etmək məcburiyyətində deyillər. Dövlət başçımız müsahibəsində bu məsələyə toxunaraq bildirdi ki, ümidvarıq ki, tezliklə Azərbaycan vətəndaşları da bu fürsətdən yararlanacaq. Bu da turistlərin sayını artıracaq, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına yol açacaq".

S.Salmanova qeyd edib ki, Prezident İlham Əliyev Çinin nüfuzlu CGTN telekanalına müsahibəsində bir çox məqamlara dair fikirlərini bölüşməklə yanaşı, ABŞ-də hakimiyyət dəyişikliyi kontekstində ölkəmizin Vaşinqtonla münasibətlərinin perspektivindən söz açıb: “Dövlətimizin başçısı Azərbaycan-ABŞ əlaqələrindən danışarkən bildirdi ki, son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, Trampın ABŞ-yə öncəki rəhbərliyi zamanı da əlaqələrimiz çox uğurla inkişaf edib. Təəssüflər olsun ki, Baydenin hakimiyyəti dövründə ABŞ-nin hakim dairələri Azərbaycana münasibətdə yanlış mövqe tutdular. Reallıqları qiymətləndirmədilər, həmçinin beynəlxalq hüququn bütün norma və prinsiplərini pozaraq, təcavüzkar Ermənistanın yanında olduqlarını nümayiş etdirdilər. Son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasına gətirib çıxardı. Halbuki, Trampın bundan öncəki hakimiyyəti dövründə əlaqələrimiz çox uğurla inkişaf edirdi. Ümid edirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və münasibətlərimiz yeni mərhələyə qədəm qoyacaq”.

Parlamentari onu da qeyd edib ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada söz sahibi olan ölkələrdən biridir:

“Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi müddət ərzində həmişə xalqımıza həqiqəti söyləyib. Azərbaycana rəhbərlik etdiyi dövrdə İlham Əliyev cənabları respublikamızı hər zaman uğurdan uğura aparıb, bütün sahələrdə inkişafa və yüksəlişə nail olub. Cənab İlham Əliyevin müdrik rəhbərliyinin nəticəsində iqtisadiyyatımızın 3 dəfədən çox artması, Azərbaycanın qlobal enerji təhlükəsizliyi məsələlərində aparıcı mövqelər əldə etməsi, beynəlxalq səviyyədə nüfuzunu artırması, regionun nəqliyyat qovşağına çevrilməsi, kosmik kluba daxil olması xalqımızın tarixi nailiyyətləridir. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın tarixinə yazılan ən qürurverici hadisə isə torpaqlarımızın işğaldan azad edilməsidir. Torpaqlarımızı işğaldan azad etməklə, Qarabağda erməni separatçılığına son qoymaqla Müzəffər Ali Baş Komandan İlham Əliyev həm də dövlətimizin ağrılı problemlərini həll etdi, xalqımızın ən böyük arzularını yerinə yetirdi.

Görülən işlərə nəzər salanda aydın şəkildə görürük ki, cənab Prezident İlham Əliyevin sözü və əməli birliyi xalqımıza Zəfərli və firavan həyat bəxş etdi. Əminik ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının qətiyyətli rəhbərliyi ilə respublikamız bundan sonra da bütün hədəflərinə layiqincə çatacaq”.

AzNews.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:26
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 13 Fevral 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

De Brüyneyə rəsmi təklif göndərdilər

17 Aprel 2025 19:56see137

TBMM sədr müavininin ölüm təhlükəsi hələ də davam edir

17 Aprel 2025 18:33see135

Yüksək Liqa: Finalçılar bəlli oldu

17 Aprel 2025 21:21see131

Gənclik hormonu Somatropin nədir Necə artıraq?

17 Aprel 2025 18:44see130

Super Liqa və aşağı liqalarda komanda sayları azaldılır

18 Aprel 2025 01:05see128

Səhər acqarına limonlu su için Faydası çoxdur

17 Aprel 2025 06:07see127

Musiqi sədaları altında əməliyyat olundu FOTO

18 Aprel 2025 04:04see122

Aydın Kərimov: 1 400 dən çox sakin artıq Şuşa şəhərində yaşayır

17 Aprel 2025 14:10see121

Sosial şəbəkələrdə tərbiyə böhranı

17 Aprel 2025 22:05see121

Zelenski mayın 9 da hara gedəcək?

17 Aprel 2025 12:36see121

Məşhur plastik cərrahlara QADAĞA Siyahıda yoxdular ARAŞDIRMA

17 Aprel 2025 15:03see120

ABŞ dən Yəmən bankına qarşı sanksiya

18 Aprel 2025 03:26see116

Maksimal bal toplayan Aişə Bağırova: Cərrahiyyə sahəsi üzrə yeni layihələr hazırlamaq istəyirəm

17 Aprel 2025 22:00see115

Ailəsi şəhid jurnalist Məhərrəm İbrahimovun ölüm anını danışdı VİDEO KONKRET

17 Aprel 2025 09:52see115

Deputat erməni əsilli şəxslərin məhkəməsində ifadə verdi

17 Aprel 2025 21:53see115

Tramp Baydenin tənqidlərinə cavab verib

17 Aprel 2025 00:32see113

Qəzzadan təcili humanitar yardım çağırışı

18 Aprel 2025 05:33see113

Azərbaycan və Belarusun hərbi təhsil üzrə mütəxəssislərinin işçi görüşü keçirilib

17 Aprel 2025 20:25see113

Azərbaycan çempionatında möhtəşəm qol Video

18 Aprel 2025 18:24see112

Çayların həcmində artım davam edir

17 Aprel 2025 11:22see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri