Baykal gölündə faciəvi qəza: Həlak olanların kimliyi dəqiqləşdirildi
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İstintaq Baykal gölündəki Olxon adası yaxınlığında batan avtomobildə həlak olan səkkiz nəfərin hamısının şəxsiyyətini müəyyən edib, sağ qalan turist dindirilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS-a Rusiya Federasiyasının İrkutsk vilayəti üzrə İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
"Bütün ölənlərin şəxsiyyəti müəyyən edilib. İstintaq Komitəsinin müstəntiqləri xilas olmağı bacaran kişini dindiriblər. Onun vəziyyəti qənaətbəxşdir və xəsarət almayıb", - deyə İstintaq Komitəsi bildirib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, çinli turistləri aparan və Baykal gölündə buzun altına düşən avtomobil sürücünün dostuna məxsus olub.
Xatırladaq ki, Çindən olan turistləri aparan UAZ markalı avtomobil ötən gün Saqan-Xuşun burnu yaxınlığında, Baykal gölündə buzun altına düşüb. Şahidlərin sözlərinə görə, avtomobil buzun üzərində hərəkət edərkən sürücü çatı görüb və onun üzərindən tullanmaq qərarına gəlib. Rusiya Turoperatorlar Assosiasiyasının (ATOR) məlumatına görə, turistlər səfərlə bağlı yerli sakinlə razılığa gəliblər və ekskursiyanı turoperatorlar vasitəsilə sifariş etməyiblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:420
Bu xəbər 21 Fevral 2026 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















