“Bayrağımızı yeni zirvələrə qaldırmaq üçün yorulmadan çalışacağıq”
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Məlumdur ki, Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edib. Ölkə başçısı çıxışında 2024-cü ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etdiyini, 1700-ə yaxın medal qazanıldığını bildirmişdir. Bəs, ölkəmizdə idman hansı səviyyədə inkişaf edib? SİA mövzu ilə bağlı Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl və gümüş medal qazanan Lamiyə Vəliyevanın fikirlərini öyrənib.
Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin 2024-cü ilin idman yekunlarına dair çıxışında vurğuladığı kimi, 1700-ə yaxın medalın qazanılması ölkəmizin idman sahəsindəki uğurlarını və gücünü bir daha sübut edir: “Biz idmançılar olaraq bu nailiyyətlərin bir parçası olduğumuz üçün qürur duyuruq”.
Lamiyə Vəliyeva sözlərinə belə davam edib: “Yeni nəsil idmançıların yetişməsi və Azərbaycanın idman dövləti kimi mövqeyinin möhkəmlənməsi bizim üçün böyük motivasiyadır. Bu dəstəyi hiss edərək çalışacağıq ki, qarşıdakı illərdə də bayrağımızı ucaldıb, dövlətimizi layiqincə təmsil edək.
Biz idmançılar olaraq bu etimadı doğrultmaq və Azərbaycanın idman bayrağını yeni zirvələrə qaldırmaq üçün yorulmadan çalışacağıq.
Qarşıda məni İslam Həmrəyliyi Oyunları kimi mühüm yarışlar gözləyir, və ümüd edirəm ki orada da Azərbaycanımı layiqincə təmsil edəcəm”.
Ayşən Vəli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 27 Dekabr 2024 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















