Bayram axşamı 2 nəfəri qətlə yetirən Arifə bu cəza verildi FOTO
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dekabrın 31-i axşam saatlarında iki nəfəri öldürməkdə ittiham olunan Arif Bəhərçiyevin məhkəmə araşdırması başa çatıb.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinatətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Əli Məmmədovun sədrlik etdiyi hakimlər prokurorun tələbinə uyğun olaraq 23 yaşlı müttəhimi ömürlük dörd divar arasına göndərməyi ədalətli hesab etməyiblər.
Hökmə əsasən, Arifə müddətli - 20 il azadlıqdan məhrumetmə cəzası verilib. O, cəzasının ilk 5 ilini həbsxanada, qalanını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə ötən ilin son günü-bayram gecəsi Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib. Arif anası ilə birgə işlətdiyi kafedə yaranan mübahisə nəticəsində 55 yaşlı Namiq Orucov və 42 yaşlı Ramil Səfərovu bıçaqla qətlə yetirib. O, hadisədən əvvəl anasını da döyüb. Arif Namiq və Ramili elə həmin vaxt mane olmaq istədikləri üçün öldürüb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 25 Noyabr 2024 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















