Icma.az
close
up
RU
Bayram boyu yalnız ət yeməyin XƏBƏRDARLIQ

Bayram boyu yalnız ət yeməyin XƏBƏRDARLIQ

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu il Azərbaycanda Qurban bayramı iyunun 6-sı və 7-si tarixlərinə təsadüf edir. Nazirlər Kabinetinin qərarına əsasən, 6-7 iyun tarixləri qeyri-iş günləri olacaq. 8 və 9 iyun tarixlərinin də həftəsonu olduğunu  nəzərə alsaq,  vətəndaşlar dörd gün ardıcıl olaraq istirahət edəcək, bu isə ənənəyə uyğun şəkildə evlərdə ət yeməklərinin çoxlu hazırlanması və qonaqlıqların artması ilə müşahidə olunacaq.

Ancaq bayramda həddindən artıq qurbanlıq ət istehlakı bir çox insanlar üçün sağlamlıq baxımından ciddi risklər yarada bilər.

Kimlər diqqətli olmalıdır?

Sfera.az bildirir ki, bayram süfrələrinin ayrılmaz hissəsi olan qurbanlıq ət düzgün hazırlanmadıqda və ölçüsüz şəkildə qəbul edildikdə bir sıra sağlamlıq problemlərinə yol aça bilər. 

Dünya həkimləri xüsusilə bəzi qruplara aid olan şəxsləri ehtiyatlı olmağa çağırır. Bunlardan biri ürək-damar xəstələridir. Belə ki, qırmızı ətin tərkibindəki doymuş yağlar və xolesterin damar tıxanıqlığı, hipertoniya və infarkt riskini artıra bilər. Yağlı kabablar, qızardılmış yeməklər bu insanlara ciddi zərər verə bilər. Şəkərli diabet xəstələri də diqqətli olmalıdır. Yağlı və ağır ət yeməkləri qan şəkərinin qeyri-sabitləşməsinə səbəb ola bilər.

Qurbanlıq əti yağsız hissələrdən seçmək və tərəvəzlərlə birgə qəbul etmək tövsiyə olunur. Bu siyahıya böyrək problemi olan şəxslər də daxildir. Zülalla zəngin ət böyrəkləri yükləyir və sidik turşusunun artmasına səbəb olur. Bu isə böyrək daşları və podaqra tutmaları ilə nəticələnə bilər. Həmçinin, mədə-bağırsaq xəstələri də qidalanmasına fikir verməlidir. Xüsusilə reflüks, qastrit, xora və qəbizlik problemi olanlar yağlı və duzlu ət yeməklərindən uzaq durmalıdır. Qurban ətinin bişməmiş halda tez yeyilməsi də həzm sisteminə zərər verə bilər.

Ən həssas kateqoriyalardan biri də uşaqlar və yaşlılardır. Uşaqların və yaşlı insanların həzm sistemi zəif olduğu üçün onların gündəlik qəbul etdiyi ət miqdarı məhdudlaşdırılmalıdır. Xüsusilə qızardılmış və çox bişmiş ətlərdən uzaq durmaq tövsiyə olunur.

Həkim-dietoloqlar hesab edir ki, Qurban bayramında belə, düzgün qidalanma prinsipləri pozulmamalıdır. Pəhriz saxlayan və ya artıq çəkidən əziyyət çəkən insanlar bayram günlərini “bəhanə”yə çevirməməlidirlər.

Belə ki, ət tək başına yox, tərəvəzlərlə birlikdə qəbul olunmalıdır. Gündəlik ət miqdarı 100-150 qramı keçməməlidir. Əti sobada bişirmək və ya qaynatmaq daha faydalıdır. Ən əsası, bayram süfrəsini yalnız kabab və qovurmalardan ibarət etmək olmaz.

Mütəxəssislər xəbərdarlıq edir ki, kəsilən ət bir neçə saat sərin yerdə saxlanmalı, sonra hissələrə ayrılaraq dondurucuda yerləşdirilməlidir. Ətin dərhal bişirilməsi orqanizm üçün yükləyici ola bilər.


Yumşalmamış ət, xüsusilə də yağlı hissələr, mədə narahatlığına və zəhərlənməyə qədər gedə bilən problemlərə yol aça bilər.

Bayram istirahətini sağlam keçirmək üçün nə etməli?

Qurban bayramı günləri evdə oturmaqla, fasiləsiz yeməklə keçməməlidir. Qısa gəzintilər və sadə fiziki hərəkətlər həm qida həzmini asanlaşdırır, həm də yuxululuq və halsızlığın qarşısını alır. Həddindən artıq ət yeyilən günlərdə su balansı pozula bilər. Gündə ən azı 1,5–2 litr su içmək lazımdır. Qan təzyiqi və şəkərdən əziyyət çəkən risk qrupunda olanlar üçün bayramda gündəlik sağlamlıq nəzarəti vacibdir.

Qurban bayramı paylaşmaq, yardım etmək və birlik ruhunu yaşatmaq üçündür. Bu gözəl günlərdə süfrələrimiz bol, ürəklərimiz rahat olsun, ancaq sağlamlığımızı da unutmayaq. Pəhriz saxlayanlar, xroniki xəstəliyi olanlar və həssas qruplar üçün bayramın mənəvi sevincini qorumaq yalnız balanslı və ağıllı qidalanma ilə mümkündür.

Unutmayaq: sağlam bədən – sağlam bayram deməkdir!

Firuzə Əliyeva
Sfera.az

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://sfera.az
archiveBu xəbər 05 İyun 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri