Icma.az
close
up
RU
Bayram günləri ehtiyatlı olun: Hər 11 nəfərdən birinin ölüm səbəbi...

Bayram günləri ehtiyatlı olun: Hər 11 nəfərdən birinin ölüm səbəbi...

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bayram şənlikləridə tez-tez spirtli içki istehlakının artması yol-nəqliyyat qəzaları, yıxılmalar, yanıqlar, zəhərlənmələrlə bağlı riskləri artırır.

"Cebhenfo.az" xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regionu üzrə yeni məlumat vərəqinə görə, bölgədə xəsarət və zorakılıqdan ölüm hallarının üçdə biri spirtli içki ilə əlaqəlidir. Yol-nəqliyyat hadisələrindən ölümlərdən tutmuş özünə zərər verən davranışlara qədər həm təsadüfi, həm də qəsdən xəsarətlərə bu qədər əhəmiyyətli dərəcədə təsir göstərən başqa heç bir psixoaktiv maddə yoxdur. Spirtli içki gənclər üçün xüsusilə ciddi təhlükə yaradır.

ÜST-nin son məlumatlarına görə, 2019-cu ildə bölgədə təxminən 145000 xəsarətdən qeydə alınan ölümü spirtli içki ilə əlaqəli olub. Özünə zərər yetirmə, yol-nəqliyyat hadisələrində xəsarət və yıxılmalar bu ölümlərin ən böyük hissəsini təşkil edib.

ÜST-ün alkoqol, qanunsuz narkotiklər və həbsxana sağlamlığı üzrə regional məsləhətçisi Karina Ferreira-Borges deyib:

"Alkoqol  yeddi növ xərçəng və digər yoluxucu olmayan xəstəliklərə səbəb olmaqla yanaşı, həm də mühakimə və özünənəzarəti pozan, reaksiyaları yavaşladan, koordinasiyanı azaldan və riskli davranışı təşviq edən zəhərli bir maddədir. Buna görə də tez-tez ölümlərlə əlaqələndirilir".

Alkoqol qlobal miqyasda travmatik ölümlərin əsas qarşısı alına bilən səbəblərindən biridir. Dünyada alkoqol istehlakının ən yüksək olduğu Avropa bölgəsində ümumi ölüm sayına əhəmiyyətli dərəcədə təsir göstərir. Alkoqolun hər il təxminən 800000 ölümə səbəb olduğu təxmin edilir. Bu, regionda hər 11 ölümdən birinin səbəbinin alkoqol olduğunu söyləməyə əsas verir.

Alkoqol zorakılıq və təcavüzlə də sıx bağlıdır. 2019-cu ildə təxminən 26500 ölüm zorakılıq səbəbindən baş verib və bunların 40 faizindən çoxu alkoqolla əlaqəli olub. Alkoqol həmçinin özünə zərər vurma nəticəsində baş verən bütün ölümlərin üçdə birindən çoxunun səbəbidir.

ÜST vurğulayır ki, xüsusilə bayram günlərində spirtli içki istehlakının azaldılması həm qəsdən, həm də təsadüfən baş verən xəsarətlər riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Dekabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri