Icma.az
close
up
RU
Hər üç ölümdən birinin səbəbi ürək damar xəstəlikləridir

Hər üç ölümdən birinin səbəbi ürək damar xəstəlikləridir

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Beynəlxalq tibb kollektivi aşkar edib ki, son 30 ildə ürək və damar xəstəlikləri ilə bağlı illik ölüm sayı 46% artaraq 1990-cı ildəki 13,1 milyon nəfərdən son illərdə 19,2 milyon nəfərə çatıb. Nəticədə hazırda Yer üzündə baş verən hər üç ölüm halından birinin səbəbi ürək-damar xəstəlikləridir.

Gununsesi.info xəbər verir ki, bu barədə Amerika Kardiologiya Kollegiyasının (ACC) mətbuat xidməti məlumat yayıb.

“Biz aşkar etdik ki, ürək və damar xəstəliklərinin inkişaf tezliyindəki fərqləri yalnız zəngin və kasıb ölkələr arasındakı gəlir fərqləri ilə izah etmək mümkün deyil. Üstəlik, bu xəstəliklərdən ölüm səviyyəsi inkişaf etməkdə olan ölkələrdə də əhali arasında yaş fərqləri nəzərə alınmaqla belə, anormal dərəcədə yüksək qalır. Bu isə xəstəliklərin lokal xüsusiyyətlərini nəzərə alaraq tədbirlər hazırlamağın vacibliyini göstərir”, – deyə Sietl şəhərindəki Sağlamlıq İnstitutunun professoru Qreqori Rot bildirib.

Alimlər bu nəticəyə “Global Burden of Disease” (GBD) qlobal səhiyyə layihəsi çərçivəsində hazırlanan növbəti hesabat zamanı gəliblər. Layihəni 1990-cı ildən Ümumdünya Səhiyyə Təşkilatı, IHME və “Bill & Melinda Gates” Fondu aparır. Məqsəd qlobal səhiyyəyə təsir edən trendləri öyrənməkdir. Ürək-damar xəstəliklərinin və ölüm hallarının səviyyəsində dəyişiklikləri qiymətləndirmək üçün tədqiqatçılar BMT-yə üzv 204 ölkədə 375 geniş yayılmış kardioloji pozuntunun statistikasını analiz ediblər.

Analiz göstərib ki, GBD layihəsi çərçivəsində aparılan müşahidələr başlayandan bəri ürək-damar xəstəlikləri ilə bağlı ölüm sayı 13,1 milyondan 19,2 milyona yüksəlib və bu, illik ölüm hallarının təxminən üçdə birini təşkil edir. Artımda əsas rol oynayan amillər planet sakinlərinin sürətlə yaşlanması, bir çox inkişaf etməkdə olan ölkələrdə hipertoniya hallarının artması və zərərli qidaların geniş istehlakıdır.

Alimlər həmçinin bildiriblər ki, havanın çirklənməsi ölümcül ürək-damar xəstəliklərinin inkişaf tezliyinə əhəmiyyətli təsir göstərir. Xüsusilə də Okeaniya ölkələrində birbaşa və ya dolayı yolla təxminən 4 milyon ölüm halı bu amillə bağlıdır. Bundan başqa, onlar qeyd ediblər ki, təbii mühitin qurğuşun birləşmələri ilə çirklənməsi Orta Asiya və Şimali Afrika ölkələrində kardioloji pozuntuların artmasında mühüm rol oynayır.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Sentyabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri