Bayram günləri ödənilməyən kreditlərin aqibəti necə olur? VƏKİL
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Bayram günlərində kredit ödənişləri vətəndaşlar üçün bəzən çaşdırıcı olur.
Ödəniş tarixi qeyri-iş günlərinə təsadüf etdikdə insanlar ödənişi hansı gün etməli olduqlarını və gecikmə faizi tətbiq olunub-olunmayacağını bilmirlər. Qeyri-iş günlərinə təsadüf edən kredit ödənişləri gecikmiş hesab olunurmu?
“Cebheinfo.az” xəbər verir ki, vəkil Vamiq Şükürov bu barədə danışıb. O bildirib ki, qanunvericiliyə əsasən, müştərinin borcu qeyri-iş gününə düşübsə, növbəti iş günündə ödəniş həyata keçirilə bilər və bu halda kredit ödənişi gecikmiş hesab edilməməlidir:
"Kreditin qeyri-iş gününə qədər ödənilməsini şərt qoymaq qanunsuzdur. Ona görə də bir çox hallarda vətəndaşlar qeyri-iş günlərinin vaxtını müəyyən edə bilirlər. Məsələn, Nazirlər Kabineti 2025-ci il üçün Novruz bayramı ilə əlaqədar olaraq qeyri-iş günlərinin vaxtını müəyyənləşdirmişdi.
Vətəndaş kredit ödənişini qeyri-iş günlərində həyata keçirə bilmirsə, ona faiz və cərimələr tətbiq oluna bilməz. Lakin tərəflər arasında bağlanan müqavilənin şərtlərinə də baxmaq lazımdır. Bəzən göstərilir ki, müştərilər ödənişləri qeyri-iş günlərinə qədər etməlidirlər”.
Vəkil qeyd edib ki, bəzən də bayram günlərindən əvvəl vətəndaşın borcu maaşdan avtomatik olaraq silinir:
"Amma yalnız gecikmə olan hallarda vətəndaşın məbləği avtomatik tutulur; yəni bankın əvvəlcədən kreditə görə məbləği avtomatik tutması qanunidir. Əgər qeyri-iş günlərində kredit ödənişinə görə cərimə və faiz tətbiq olunarsa, vətəndaş banka yaxınlaşıb onların silinməsini tələb edə bilər. Silinmədiyi halda vətəndaşın bankı məhkəməyə vermək hüququ var".
Gülər Həsənli
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 01 Yanvar 2026 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















