Bayram günlərində avtovağzallar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 29 dekabr – 4 yanvar tarixlərində Azərbaycanın bütün avtovağzal və avtostansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
"Cebheinfo.az" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, AYNA tərəfindən şəhərlərarası və rayonlararası marşrutlar üzrə fəaliyyət göstərən daşıyıcılara sərnişinlərin təhlükəsiz və fasiləsiz daşınmasının təmin edilməsi, kassalarda tariflərə uyğun olaraq biletlərin qanunamüvafiq qaydada satışı, yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş hərəkət cədvəlinə ciddi riayət olunması barədə tapşırıqlar verilib.
Bildirilib ki, bayram ərəfəsində və bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq. Bu məqsədlə AYNA-nın əməkdaşları Bakı Beynəlxalq Avtovağzal Kompleksinə, eyni zamanda, digər şəhər və rayonların avtovağzal və avtostansiyalarına təhkim ediləcəklər.
Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.
Biletləri avtovağzal və avtostansiyaların kassalarından, həmçinin "biletim.az" portalından onlayn qaydada əldə etmək mümkündür. Hazırda "biletim.az" portalında 56 məntəqə, 86 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 347 reys olmaqla 395 nəqliyyat vasitəsi qoşulub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 24 Dekabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















