Icma.az
close
up
RU
Bu istiqamətlərdə əlavə qatar reysləri təyin edildi

Bu istiqamətlərdə əlavə qatar reysləri təyin edildi

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) bütün strukturları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ilə əlaqədar qeyri-iş günü elan edilən 31 dekabr 2025-ci il - 4 yanvar 2026-cı il tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Metbuat.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə hərəkət vasitələrinə texniki baxış keçirilir, infrastrukturda davamlı yoxlamalar aparılır.

Bayram günlərində artan sərnişin tələbatı nəzərə alınaraq rayonlararası istiqamətlər üzrə əlavə reyslər təşkil ediləcək.

Belə ki, ölkənin mühüm turizm bölgələrindən olan Qəbələyə səfərlərin daha komfortlu həyata keçirilməsi məqsədilə 31 dekabr - 4 yanvar tarixlərində Bakı-Qəbələ-Bakı xətti üzrə hər iki istiqamətdə əlavə qatar reysləri təyin edilib. Bu marşrut üzrə qatar həmin tarixlərdə saat 07:30-da Bakıdan Qəbələyə, 19:00-da Qəbələdən Bakıya yola düşəcək.

Bundan əlavə, 1, 2 və 4 yanvar tarixlərində Bakı-Qazax-Bakı marşrutu ilə hər iki istiqamətdə əlavə reyslər təyin edilib. Qatar Bakıdan saat 07:45-də, Qazaxdan isə 16:40-da yola düşəcək.

Həmçinin Bakı-Ağstafa-Bakı istiqamətində 26, 27, 28, 29, 30, 31 dekabr, eləcə də 1, 2, 3 və 4 yanvar tarixlərində əlavə reyslər olacaq. Qatar 26-31 dekabrda saat 08:30-dan Bakıdan, 17:12-də isə Ağstafadan hərəkətə başlayacaq. 1-4 yanvar tarixlərində isə qatarların hərəkətə başlama saatı müvafiq olaraq 08:30 və 17:20 olacaq.

Eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı-Qazax-Bakı marşrutu ilə səfər edə bilərlər.

Bakı-Ağdam-Bakı marşrutu üzrə də əlavə reys təyin edilib. Qatar 31 dekabr və 3 yanvar tarixlərində Bakıdan saat 07:10-da, Ağdamdan isə 18:10-da yola düşəcək.

Digər turizm bölgələri olan Şəki, Qax, Zaqatala və Balakənə ADY ilə səyahətlərə artan tələbatı təmin etmək məqsədilə Bakı-Balakən-Bakı marşrutu üzrə qatarlara əlavə vaqonlar qoşulacaq. Bakıdan 30 dekabrda hərəkət edəcək sərnişin qatarının tərkibinə 5 əlavə vaqon, 1 yanvar tarixində hərəkətə başlayacaq qatara 1 əlavə vaqon, Balakəndən 2 və 3 yanvar tarixlərində Bakıya istiqamət alacaq qatarın tərkibinə isə 1 əlavə vaqon qoşulacaq. Tələbat artacağı təqdirdə digər reyslərə də əlavə vaqonların qoşulması nəzərdə tutulur.

31 dekabr - 4 yanvar tarixlərində Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkəti qeyri-iş günlərinin cədvəli əsasında təşkil ediləcək.

ADY-nin 24/7 fəaliyyət göstərən 1822 Əlaqə mərkəzi də bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq. Sərnişinlər qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytına keçid edə və ya "ADY Mobile" tətbiqini yükləyə bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:311
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 24 Dekabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri