Bayram günlərində bu ailələrə sovqat veriləcək KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bayram günlərində həssas əhali qruplarına dövlət tərəfindən sovqat verilib-verilməyəcəyi cəmiyyətdə maraq doğurur.
Bu barədə KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, hazırda dövlət tərəfindən bu istiqamətdə xüsusi mexanizm mövcud deyil:
“Belə bir dövlət proqramı yoxdur. Amma bəzi biznes qurumları, iri şirkətlər və holdinqlər bayramlarda, xüsusilə yeni il ərəfəsində sosial məsuliyyət çərçivəsində bu cür addımlar ata bilirlər. Ola bilər ki, yeni il öncəsi böyük şirkətlər tərəfindən həssas qruplara sovqat verilsin”.
Ekspertin sözlərinə görə, dövlət qurumları tərəfindən bayram günlərində sovqat paylanması ilə bağlı formalaşmış ənənə yoxdur:
“Ən azından dövlət büdcəsində bu məqsədlə nəzərdə tutulmuş ayrıca xərclər mövcud deyil”.
Qeyd edək ki, əvvəlki illərdə də bayram günlərində əsasən qeyri-hökumət təşkilatları və özəl sektor nümayəndələri tərəfindən sosial təşəbbüslər həyata keçirilib.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 22 Dekabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur








Günün ən çox oxunanları



















