Icma.az
close
up
RU
Bayram günlərində Şəki : tarix, turizm və təbiətin mükəmməl ahəngi! AZƏRTAC

Bayram günlərində Şəki : tarix, turizm və təbiətin mükəmməl ahəngi! AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şəki, 31 dekabr, AZƏRTAC

Artıq bir həftəlik bayram tətili günləri başlayıb. Bu müddətdə insanlar istirahətlərini daha mənalı təşkil etmək üçün yollar arayır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu günlər paytaxt Bakı ilə yanaşı, bölgələrə də üz tutanlar az olmayacaq. İlk növbədə isə tarixi və qədim məkanlara, turizm infrastrukturu olan rayonlara. Danılmaz faktdır ki, bu sırada Şəki ön sırada gəlir. Çünki bu qədim şəhərin küçə və meydanları, tarixi məkanları ilin bütün fəsillərində qonaqlı-qaralı olur. Bəs Şəkidə bayram tətilinə necə hazırlıq görülüb?

Adətən ilin bu günləri Şəki ağ örpəyə bürünər, təbiətdən qar havası gələrdi. Bu il isə qarın yağması bir qədər gecikir. Ancaq dağların zirvəsində qarı müşahidə etmək olur. Lakin bu bölgənin təbiəti də göz oxşayır.

Yaşı 2700-dən çox olan və tarixi irsi özündə birləşdirən bu qədim şəhərə üz tutanları burada yetərincə maraqlı məkanlar, yaddaqalan anlar gözləyir. Belə ki, Şəki memarlığına, tarixi abidələrinə görə təkcə ölkəmizdə deyil, dünyada tanınır. Bu sırada Kiş Alban məbədi də var. Məbədin əməkdaşları qarşıdakı günlərdə fasiləsiz çalışacaqlar, çünki çox sayda qonağın gəlişi gözlənilir.

Alban məbədinin bələdçisi Gülnarə Kərimova bildirir ki, məbəd eramızın I əsrinə aiddir. Bu, nəinki Azərbaycanda, Qafqazda ilk apostol məbədi sayılır. Bələdçi tikilinin qədim Ay məbədi üzərində quruduğunu bildirir. “Burada Cavanşirə aid ekspozisiyalar, qanunlar, Alban yazıları var. Hətta məbədin daxilində bir yer var ki, insanlar buraya arzu-niyyətə gəlirlər”, - deyən Gülnarə Kərimova ziyarətə gələnlərin coğrafiyasının da geniş olduğunu diqqətə çatdırır.

Ölkəmizin turizm sektorunda son illər kənd turizmi daha çox inkişaf edib. Rayona istirahətə gələnlərin sırasında kənd evlərində qalmağa üstünlük verənlər az deyil. Bunu Kiş kəndinə gələn və kənd evlərində qalmağı üstün tutan yerli və xarici turistlərin seçimindən bilmək olar. Turizm meneceri İlhamə Hüseynova uzun illərdir bu sahədə çalışır və qarşıdakı günlərdə onun qonaqları sırasında yerli turistlərlə yanaşı, xarici ölkələrdən də gələnlər az olmayacaq.

“Qonaqların sayı artır ki, azalmır. Qiymətlər də münasibdir. Məsələn, bir otaq 50 manatdan verilir ki, otaqda da 3-4 çarpayı olur”, - deyən turizm meneceri qonaqlarına yerli mətbəximizi təqdim etməklə yanaşı, onlara xörəklərin hazırlanması istiqamətində master-klasslar keçdiyini də əlavə edir.

Söhbət zamanı diqqətimizi buradakı meyvə və çərəzlər, mürəbbələr cəlb edir. Öyrənirik ki, il boyu Kiş kəndinin 50-60 evində hazırlanan mürəbbələr, yaxud meyvə və çərəzlər turistlərə təqdim edilir və satşı təşkil olunur.

Danılmaz faktdır ki, turistlər arasında hotel, hostel və motelləri də seçənlər az olmur. Şəki bu baxımdan keyfiyyətli xidmətləri ilə fərqlənir. Təkcə Marxal ərazisində bir neçə turizm-istirahət mərkəzi fəaliyyət göstərir. Hotellərdən birinin baş meneceri Kamal Hüseynov bildirir ki, bayram tətili günlərində hər zamankı kimi, müxtəlif proqramlar tərtib edilib. Xüsusən bütün tətil boyu azyaşlılar üçün karnavallar keçiriləcək. K.Hüseynov təmsil etdiyi oteldə qiymətlərdə dəyişikliyin olmadığını vurğulayıb.

Qeyd edək ki, təkcə “Yuxarıbaş” Dövlət Milli Tarix-Memarlıq Qoruğunun ərazisində 25 tarixi abidə var. Bu ərazidə qədim məhəllə adları indiyədək qorunub saxlanılır.

Qoruğun dəyəri həm də onun Azərbaycan mədəniyyətinə, incəsənətinə, elminə bəxş etdiyi görkəmli şəxsiyyətlərin adı ilə bağlıdır. Mirzə Fətəli Axundzadə, Rəşid bəy Əfəndiyev, Bəxtiyar Vahabzadə, Sabit Rəhman, Emin Sabitoğlu, Rasim Ocaqov və neçə-neçə tanınmış xadim məhz bu ərazidə doğulub, yaşayıb, yaradıblar. Hazırda bu şəxsiyyətlərin bir çoxunun qoruq ərazisində ev-muzeyləri fəaliyyət göstərir.

Bununla yanaşı, qoruğun ərazisində onlarla sənətkarlıq emalatxanası fəaliyyət göstərir. Şəki sənətkarları tərəfindən 27 qədim sənət növü, o cümlədən şəbəkə, dulusçuluq, təkəlduz, xovlu tikmə, papaqçılıq, dabbaqlıq, ipəkçilik, nalbəndlik, misgərlik, dəmirçilik, zərgərlik və digərləri indiyədək qorunub saxlanılır ki, bu da yerli və xarici turistlərin ən çox maraq göstərdiyi, üz tutduğu məkanlar sırasındadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Dekabr 2024 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see363

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see345

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see315

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see313

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see304

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see295

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see286

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see278

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see268

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see258

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see247

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see246

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see235

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see235

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see233

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see231

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see229

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see220

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri