Bayram günlərinə BakıAğstafaBakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib CƏDVƏL
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
"Azərbaycan Dəmir Yollar" QSC (ADY) qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.
ADY-dən "APA-Economics"ə verilən məlumata görə, sözügedən reyslər qeyri-iş günü elan edilmiş 30 dekabr-5 yanvar tarixlərində hər gün olmaqla Bakıdan saat 09:15-də, Ağstafadan isə saat 17:00-da təşkil ediləcək.
Bundan əlavə, sərnişinlər bu marşrut üzrə ənənəvi reyslərlə hər gün hər iki istiqamətdə səfər edə bilər.
Baxış sayı:121
Bu xəbər 12 Dekabr 2024 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















