Bayram möcüzəsini paylaşdıq: “Soyuq Əllər, İsti Ürək” yarmarkasında “Coca Cola” ilə unudulmaz anlar
Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.
(®) Bu qış Bakının ürəyi Fəvvarələr Meydanında döyündü. 25 noyabrdan etibarən minlərlə insan bir araya gəldi, soyuq havada isti ürəklər birləşdi.
“Coca-Cola”nın dəstəyi ilə təşkil olunan “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası yalnız bir məkan deyil – o, xatirələrin, gülüşlərin və ümidlərin ünvanıdır.

Bu il də yarmarkada Coca Cola”nın dəstəyi ilə bayramın simvolu olan möhtəşəm Yeni İl Şam Ağacı və Şaxta Baba Evi quruldu. Yeni İlin bu əsas elementləri ziyarətçilərin bayram əhvalını daha da gücləndirdi, çünki “Coca Cola” üçün bayram birlik, sevgi və paylaşmaqdır.
Yarmarka isə ilk dəfə sirk tematikası ilə təqdim olundu – musiqi, rəngarəng dekorlar və əyləncə hər kəsi bayram möcüzəsinə bürüdü. Yarmarkada 60 böyük və 20 kiçik dekorativ ev, üç iki mərtəbəli restoran, xüsusi hazırlanmış oyun tuneli, “xoxan” labirinti, müxtəlif tematik fotozonalar, iki foto köşk (photo booth) və sirk elementləri ilə zənginləşdirilmiş tamamilə yeni məkanlar qonaqlara unikal qış təcrübəsi yaşatdı.
2013-cü ildən etibarən “Nargis” Fondunun təşkilatçılığı ilə keçirilən yarmarkada sponsorların dəstəyi və dekorativ evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına yönəldilib.
Qeyd edək ki, 1920-ci ildə “Coca‑Cola” ilk dəfə olaraq Yeni İl bayramına həsr edilmiş reklam kampaniyasına başlayıb və uzun illərdir Yeni İl “Coca-Cola” üçün xüsusi önəm daşıyır. Şirkət fəaliyyət göstərdiyi ölkələrdə bayram ərəfəsində bir sıra kampaniyalar və layihələr həyata keçirir. “Coca-Cola” Azərbaycanda da hər il Yeni İl üçün bir-birindən möhtəşəm kampaniyalar gerçəkləşdirir.
Xatırladaq ki, “Coca-Cola” 2025-ci ildə Azərbaycanda fəaliyyətinin 30 illiyini qeyd edib. Şirkət ölkədəki fəaliyyətinə 1994-cü ildə “Coca-Cola İçecek” şirkətinin tərkibində yaradılan “Azerbaijan Coca-Cola Bottlers” ilə başlayıb və bu gün “Coca-Cola”, “Fanta”, “Sprite”, “Bonaqua”, “Cappy” və “Fuse Tea” kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuldur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 09 Yanvar 2026 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















