Icma.az
close
up
RU
Bayramdan sonra bu məhsullar UCUZLAŞMA GÖZLƏNİLİR

Bayramdan sonra bu məhsullar UCUZLAŞMA GÖZLƏNİLİR

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bayram mövsümündən sonra çərəzlərin qiymətində ucuzlaşma müşahidə edilə bilər.

Bu haqda iqtisadçı Akif Nəsirli “Yeni Sabah”a danışıb. O, son vaxtlar, xüsusilə də bayram ərəfəsində bahalaşan çərəzlərin qiymətləri ilə bağlı bunları deyib:

“Bayramqabağı çərəz qiymətlərinin artması inhisarçı bazarın xarakterinə uyğun olaraq, təbii iqtisadi proseslərdən qaynaqlanır. Bir neçə əsas səbəb var.

Çərəzlərin qiyməti həmişə nisbətən yüksəkdir, çünki bunlar ya idxal olunur, ya da xüsusi istehsal tələb edən məhsullardır. Bayram öncəsi tələbin kəskin artması da qiymətləri yüksəldir. İnsanlar bayram süfrələrini zəngin etmək üçün daha çox çərəz alır, bu isə bazarda təkliflə tələbin tarazlığını pozur və qiyməti artırır”.

Ekspert əlavə edib ki, Antep fıstığı, qoz, badam kimi əsas çərəzlərin dünya bazarında qiymətləri yüksəlirsə, Azərbaycanda da onlar bahalaşır:

“Nəqliyyat xərcləri, valyuta kursu dəyişiklikləri və qablaşdırma xərcləri də son qiymətə təsir edir. Sadəcə qeyd etmək lazımdır ki, bayram mövsümü keçəndən sonra bəzi çərəz növlərinin qiyməti enə bilər, amma bahalı çərəzlər həmişə premium kateqoriya kimi qalır. Yəni bu, normal iqtisadi reallıqdır və əsas səbəb tələbin artmasıdır”.

Qeyd edək ki, hazırda bazarda çərəzlərin qiymətləri belədir: fındıq ləpəsi 13–17 AZN/kq, qoz 7–20 AZN/kq, badam 7.5–14.2 AZN/kq.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 Dekabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see330

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see280

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see241

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see235

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see231

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see228

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see225

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see223

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see222

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see218

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see211

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see208

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see201

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see201

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see192

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see188

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see188

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see187

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see170

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri