Bayramov “Tramp marşrutu”nun əhəmiyyətindən danışdı
Icma.az, Gununsesi saytına istinadən bildirir.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “Tramp marşrutu” layihəsinin başlanması barədə danışıb.
Gununesi.info xəbər verir ki, bu barədə Ceyhun Bayramov Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, layihənin həm giriş, həm də çıxış nöqtəsi Azərbaycan ərazisi olduğundan, ölkəmiz onun texniki parametrləri və icrası barədə məlumatlandırılmalıdır:
“Bu, işlərin müvafiq qaydada tənzimlənməsi üçün vacibdir”.
Ceyhun Bayramov Azərbaycanın təşəbbüsü alqışladığını və qısa müddətdə icrasına başlanmasını gözlədiyini vurğulayıb.
O, ərazidə artıq fiziki işlərin başladığını və bununla bağlı rəsmi açıqlamanın verildiyini diqqətə çatdırıb:
“Layihənin ölkəmiz üçün əhəmiyyəti ilk növbədə əsas ərazi ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişin təmin edilməsi və əlavə imkanların yaradılması ilə bağlıdır”.
Onun sözlərinə görə, təşəbbüsün daha geniş regional əhəmiyyəti də var:
“Bu marşrut Şərq-Qərb Orta Dəhlizinə yeni istiqamət əlavə etməklə təkcə Azərbaycan və Ermənistan deyil, digər dövlətlər üçün də imkanlar yaradacaq”.
Ceyhun Bayramov qeyd edib ki, Şərq-Qərb nəqliyyat dəhlizinin əsas yük mənbələri və istiqamətləri Avropa İttifaqı, Çin və digər Asiya-Sakit okean ölkələridir:
“Buna görə də marşrutlar seçilərkən ayrı-ayrı yollarla yanaşı, bütövlükdə regionun yükdaşıma qabiliyyəti nəzərə alınır”.
Nazir vurğulayıb ki, alternativ yolların çoxalması regional nəqliyyat xətlərinə müsbət təsir göstərəcək və əlavə yüklərin cəlb olunmasına şərait yaradacaq:
“Bu baxımdan təşəbbüs bütövlükdə Cənubi Qafqaz dövlətləri üçün yeni üstünlüklər vəd edir”.
Qeyd edək ki, noyabrın 23-də Ermənistan və ABŞ Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək “Tramp marşrutu” layihəsinin icrasına başlayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 24 Noyabr 2026 19:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















