Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Zəngəzur dəhlizi ilə bağlı sözləri nədənsə bəzi erməni nəşrlərində “sensasion açıqlama” kimi təqdim edilib.
Axar.az xəbər verir ki, Ceyhun Bayramov Zəngəzur dəhlizindən danışarkən onun giriş və çıxış nöqtələrinin Azərbaycan ərazisində yerləşdiyini xatırladıb.
Erməni mediası isə bununla bağlı Xarici İşlər Nazirliyinə sorğu ünvanlayıb.
“TRİPP layihəsi Ermənistan Respublikası ərazisində fəaliyyət göstərəcək və onun qaydaları may ayında Ermənistanla ABŞ arasında imzalanmış çərçivə sazişində nəzərdə tutulub”, - Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.
Qeyd edək ki, TRİPP layihəsi Azərbaycanın əsas ərazisindən başlayır və Naxçıvana birləşir. Bu baxımdan C.Bayramovun “dəhlizin həm giriş, həm də çıxış nöqtələri Azərbaycan Respublikasının ərazisində yerləşir” sözlərini erməni mediasına niyə “sensasiya” kimi qəbul edib, anlaşılmazdır.
Ermənistan XİN-in açıqlamasında isə bu reallıq təkzib edilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 09 İyul 2026 22:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















