Bayraq hər bir Xalqın müqəddəs rəmzi, Zəfər simvoludur
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ulu öndər Heydər Əliyev 1990-cı il noyabrın 17-də Üçrəngli Dövlət Bayrağımızı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq etməklə müstəqil Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanıtmışdır.
30 ildən artıqdır ki, müstəqil dövlətimizin müqəddəs rəmzi olan bayrağımız beynəlxalq və regional təşkilatların önündə milli varlığımızın, dövlətimizin mövcudluğunun, suverenliyimizin əbədi simvolu kimi əzəmətlə dalğalanır.
Cənab İlham Əliyev işğal altında olan torpaqlarımızı azad edərək, ərazi bütövlüyümüzü təmin edərək Milli Qürurumuzu və Ləyaqətimizi, Bayraq bütövlüyümüzü bərpa etdi.
Ali Baş Komandanımız Zəfər Bayrağını ucaltmaqla Azərbaycanı Bütövləşdirdi.
Bu gün Şuşada, Zəngilanda, Bala Göyçədə, bütün Qarabağ və Şərqi-Zəngəzurda Üçrəngli Bayrağımız dalğalanır.
Bayrağımız şəhidlərimizin qanı bahasına ucalıb, rəşadətli Ordumuzun cəsur Qazilərinin hesabına dalğalanır.
Bayrağımızdakı qırmızı rəngi həm də şəhidlərimizin müqəddəs qanının simvoludur.
Qazilərimizin igidliyi sayəsində bu Bayraq Qarabağın əmanətidir.
Buna görə, hər birimiz şəhid ailələrinə, qazilərimizə borcluyuq.
Bayrağımız indi Göyçədən, Zəngəzurdan da aydın görünür.
Xudaəfrin körpüsü üzərində, Araz çayının o tayında 40 milyonluq soydaşımıza indi bir Nəfəs qədər yaxındır, Cənubdakı Azərbaycanın ürəyi də Bu Bayrağın Hilalı və Vətənin eşqi ilə döyünür.
50 milyonluq Azərbaycanlı bu gün Milli Qürur və Ləyaqətlə öz Bayrağı ətrafında sıx birləşib.
Əziz həmvətənlər hər birinizin Bu Müqəddəs Bayramını təbrik edirəm!
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Bu mövzuda digər xəbərlər:Zəfər Bayramı xalqın iradəsinin qələbəsidir
08 Noyabr 2025 17:32
Qalib xalqın zəfər salnaməsi ŞƏRH
26 Sentyabr 2026 10:16
Bayraq rənginə bürünən ZƏFƏR
09 Noyabr 2025 00:03
Lənkəranda “Xalqın zəfər təntənəsi” adlı tədbir keçirilib
07 Noyabr 2025 01:09
“Zəfər yolu xalqın birliyi, dövlətin qüdrəti” FOTOLAR
06 Noyabr 2026 16:15
Baxış sayı:59
Bu xəbər 09 Noyabr 2026 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















