Icma.az
close
up
RU
Qalib xalqın zəfər salnaməsi ŞƏRH

Qalib xalqın zəfər salnaməsi ŞƏRH

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

27 Sentyabr – Anım Günü xalqımızın tarixi yaddaşında, dövlətçilik salnaməmizdə və hərb tariximizdə dönüş nöqtəsi olan müqəddəs bir tarixdir. 2020-ci ilin həmin payız səhərində Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına cavab olaraq başlayan İkinci Qarabağ müharibəsi Azərbaycan Respublikasının Prezidenti, Muzaffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə çevrildi. Otuz ilə yaxın bir müddətdə işğal altında qalan, mədəniyyətimizin, tariximizin və milli kimliyimizin parçası olan torpaqlarımızın azad edilməsi uğrunda başlayan bu haqq savaşında bütün xalq bir nöqtəyə vuraraq Dəmir Yumruq ətrafında sıx birləşdi. Vətən müharibəsi təkcə torpaqlarımızın azad edilməsi prosesi deyil, həm də illər boyu ürəyimizdə daşıdığımız nisgilin, qisas hissinin və ədalətin bərpa olunduğu tarixi bir zəfər yürüşü idi. Həmin gün Azərbaycan əsgəri və zabiti vuruşduğu hər addımda yalnız hərbi vəzifəsini deyil, həm də xalqımızın otuz illik arzularını və şəhidlərimizin əmanətini çiyinlərində daşıyırdı. Anım Günü məhz bu fədakarlığın, vətən sevgisinin, milli ləyaqətin və böyük qələbənin təməlinin qoyulduğu an kimi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaqdır.
Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi rəşadət və yüksək peşəkarlıq dünya hərb tarixində yeni bir səhifə açdı. Düşmənin illər boyu qurduğu, keçilməz hesab edilən mürəkkəb istehkamlar, dağlıq relf və əlverişsiz hava şəraiti rəşadətli ordumuzun əzmkar iradəsi qarşısında aciz qaldı. Müasir texnologiyaların, pilotsuz uçuş aparatlarının effekti tətbiqi ilə yanaşı, Azərbaycan əsgərinin döyüş ruhu, yaxın əlbəyaxa döyüşlərdə göstərdiyi qəhrəmanlıq bütün beynəlxalq hərbi analitiklərin diqqətini cəlb etdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut və Suqovuşanın azad edilməsi ilə başlayan zəfər marşı, noyabr ayının 8-də Qarabağın tacı olan Şuşa şəhərinin azad olunması ilə özünün kulminasiya nöqtəsinə çatdı. Şuşa əməliyyatı insan təfəkkürünü heyran qoyan, yalnız dağlıq və çətin keçilən qayalıqları dırmaşaraq yüngül silahlarla düşməni məhv edən Azərbaycan xüsusi təyinatlılarının misilsiz qəhrəmanlığı kimi hərb dərsliklərinə daxil oldu. Bu qələbə hərbi güclə yanaşı, dövlətimizin iqtisadi potensialının, diplomatik bacarığının və xalq-ordu birliyinin təntənəsi idi.
Vətən müharibəsinin Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşması regionda və dünyada tamamilə yeni geosiyasi reallıqlar yaratdı. Otuz il boyunca BMT Təhlükəsizlik Şurasının kağız üzərində kalan dörd qətnaməsi məhz Azərbaycan Respublikasının öz hərbi-siyasi gücü ilə icra olundu, beynəlxalq hüququn aliliyi və ərazi bütövlüyümüz bərpa edildi. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat Ermənistanın kapitulyasiyasının rəsmi təsdiqi oldu və Ağdam, Kalbəcər, Laçın rayonları bir güllə belə atılmadan Azərbaycana qaytarıldı. Bu böyük zəfər Azərbaycanın Cənubi Qafqazda lider dövlət pozisiyasını daha da möhkəmləndirdi, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu zirvəyə qaldırdı. Zəfərin ardınca həyata keçirilən lokal antiterror tədbirləri ilə ölkəmizin hər bir küncündə, Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə dövlət suverenliyimiz tam bərpa olundu və üçrəngli bayrağımız əbədi olaraq dalğalanmağa başladı.
Qazanılan bu möhtəşəm qələbənin arxasında duran ən böyük amil xalqımızın birliyi və şəhidlərimizin müqəddəs qanıdır. 27 Sentyabr Anım Günündə biz vətən torpağının hər bir qarışı üçün canından keçən, canını fəda edən qəhrəman oğullarımızı dərin ehtiram, minnətdarlıq və qürur hissi ilə yad edirik. Şəhidlərimizin al qanı ilə suvarılan bu torpaqlar indi yenidən dirçəlir, Büyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur dinc həyata, abadlığa və quruculuğa qucaq açır. Bu gün azad edilmiş torpaqlarda ucalan hər bir yeni tikili, açılan hər bir yol və məktəb şəhidlərimizin ruhuna göstərilən ən böyük ehtiramın göstəricisidir. Qazilərimizin göstərdiyi şücaət, şəhid analarının məğrurluğu və bütün xalqın birliyi müasir Azərbaycan dövlətçiliyinin sarsılmaz sütunudur.
27 Sentyabr – Anım Günü təkcə hüzn günü deyil, həm də milli qürurumuzun, dirçəlişimizin və zəfərimizin rəmzidir. Vətən müharibəsi göstərdi ki, Azərbaycan xalqı öz haqqı, torpağı və suverenliyi uğrunda hər an bir nöqtəyə yumruq kimi birləşməyə, tarixi ədaləti bərpa etməyə qadirdir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu tarixi qələbə gələcək nəsillərə qoyulmuş ən böyük mirasıdır. Şanlı ordumuzun, qəhrəman şəhidlərimizin və fədakar qazilərimizin sayəsində bərqərar olan bu zəfər əbədidir və Azərbaycan dövləti öz suveren, qüdrətli və abad torpaqlarında sonsuzadək yüksələcəkdir. Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, onların ruhunu rəhmətlə anırıq.

Varis Rüstəmov,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Sentyabr 2026 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri