Icma.az
close
up
RU
Bazara çox sayda ucuz ev çıxır: Hamı evlənəcək

Bazara çox sayda ucuz ev çıxır: Hamı evlənəcək

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Sənədsiz evlərlə bağlı işlər artıq tamamlanmaq üzrədir.

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidmətinin məlumatına görə, həyat və sağlamlıq üçün təhlükəli olmayan, vətəndaşların müvafiq icazələr almaqdan yayınaraq inşa etdikləri evlərin müəyyən prosedurlardan keçərək sənədləşdirilməsi istiqamətində iş aparılır və bununla bağlı normativ sənəd hazırlanır. Gələn il vətəndaşlar daha dəqiq məlumatlar alacaqlar.

Qeyd edək ki, sənədsiz evlərə çıxarışların verilməsi ilə bağlı xeyli müddətdir fikirlər səslənsə də, hələ də bu sahədəki problem tam olaraq öz həllini tapmayıb.

Vətəndaşlar sənədsiz evləri almaq istəmir, çıxarışı olan, paytaxtın mərkəzi ərazilərində yerləşən evlərin qiyməti isə çox bahadır.

Maraqlıdır, daşınmaz əmlak bazarına sənədləşmədən sonra nə qədər ev çıxarılacaq və qiymətlər hansı aralıqda dəyişə bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bu gün Abşeron rayonunun Xırdalan şəhəri daxil, Masazır və ətraf ərazilərdə fərdi həyət evlərinin qiyməti 20-25 min manatdan başlayır:

“Bu gün sənədsiz evlərin satış qiyməti ortalama 50-55 min manat civarındadır. Qiymət artıqca otaq sayı, həyət evlərinin sahəsi də genişlənir. Hazırda Bakının mərkəzi və mərkəzəyaxın ərazilərində ipoteka kreditinə çevrilə bilən ən ucuz 1 otaqlı mənzilin satış qiyməti 100 min manatdan bahadır.

Təbii ki, 100 min manata kreditlə mənzil alan şəxsin aylıq gəliri, eləcə də iş yeri ilə bağlı sənədlər qaydasında olmalıdır. Əgər bu ərazilərdəki sənədsiz evlərə çıxarışlar verilərsə, qısa bir müddətdə satışa 10 - 100 minlərlə ucuz fərdi həyət evləri çıxacaq ki, bu da aztəminatlı insanlar üçün uyğundur.

Belə ki, 1 otaqlı evə 100 manat verirlərsə, indi 3 otaqlı həyət evinə 40-50 min manat verəcəklər. Bunun ilkin ödənişini də ödəyə biləcəklər. Aylıq ödənişləri də daha aşağı qiymətə düşəcək.

Nəticədə evə ehtiyacı olan hər kəs ev sahibi olacaq. Bu baxımdan, sənədlərin verilməsi həm vətəndaşların ev problemini aradan qaldırır, digər tətərfdən dövlət büdcəsi burada külli miqdarda gəlir götürür. Əmlak, torpaq vergisi ilə yanaşı əmlaklar sığortalana bilir.

Biz şahidi olduq ki, subasma zamanı nə qədər evi su basdı. Yaxud Sumqayıtda baş verən partlayışı misal göstərmək olar ki, çıxarışı olmadığına görə, onlar sığortalana bilmirlər.

Sığorta oluna bilmədiyinə görə, dəymiş zərər vətəndaşın özü tərəfindən qarşılanır. Ancaq çıxarışları olsa, burada həm sığorta şirkəti qazanır, həm də hər hansı fəlakət baş verdikdə sığorta şirkəti qarşılayacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Dekabr 2024 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri