Icma.az
close
up
RU
Britaniya Azərbaycanla hərbi əlaqələrin daha da genişləndirilməsində maraqlıdır

Britaniya Azərbaycanla hərbi əlaqələrin daha da genişləndirilməsində maraqlıdır

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dekabrın 4-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, Birləşmiş Krallığın nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirələrini ehtiramla yad edib.

Qonaqları salamlayan müdafiə naziri Azərbaycan ilə Böyük Britaniya arasında hərbi sahədə əlaqələrin xüsusi əhəmiyyət daşıdığını və bunun hər iki tərəfin ordusunun inkişafında müsbət rol oynadığını bildirib.

General-polkovnik Zakir Həsənov ötən il ölkəmizdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hərbi Attaşelik Aparatının təsis edilməsinin əhəmiyyətini vurğulayıb.

Səmimi münasibətə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Lord Vernon Koaker Birləşmiş Krallığın ölkəmiz ilə hərbi əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Qarşılıqlı səfərlərin və müxtəlif formatlarda keçirilən görüşlərin təcrübə mübadiləsi baxımından səmərəli olduğunu xüsusi vurğulayıb.

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov və Birləşmiş Krallığın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun da iştirak etdikləri görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində qonaqlar, həmçinin "Zabit ixtisas hazırlığı" kursunun gənc zabitlərinin iştirakı ilə keçirilən “Təlimatçı hazırlığı” kursunun növbəti buraxılış mərasimində iştirak ediblər.

Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən mərasimdə Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov kursun keçirilməsində göstərdikləri dəstəyə görə Birləşmiş Krallığın nümayəndə heyətinə təşəkkürünü bildirib.

Sonda cənab Aqil Qurbanov, Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov, Birləşmiş Krallığın nümayəndələri və səfirlər tərəfindən kursu uğurla başa vuran məzunlara sertifikatlar təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:236
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 Dekabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri