Icma.az
close
up
RU
MİDA evləri bazara necə çıxır: Hər adamdan 5 min manat...

MİDA evləri bazara necə çıxır: Hər adamdan 5 min manat...

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Məlum olduğu kimi,  bu gün, dekabrın 3-də MİDA-nın Binəqədi Yaşayış Kompleksində güzəştli mənzillərin satışı həyata keçirilib.

Lakin minlərlə vətəndaş rəsmi satış gününü səbirsizliklə gözlədiyi halda, son günlər sosial şəbəkələrdə bəzi “makler”lər Binəqədi MİDA yaşayış kompleksinin reklamını edərək, həmin mənzillərin guya onlar vasitəsilə əldə oluna biləcəyini bildirirlər. Bu kimi elanlar insanlarda sual yaradır ki, əgər bu mənzillər güzəştlidirsə, hansı əsasla “makler”lər tərəfindən satışa çıxarılır. 

Bu elanlar layihənin şəffaflığı ilə bağlı narahatlıqlara səbəb olur. Bəs bu güzəştli mənzillər bazara necə çıxır?

Xatırladaq ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyi bildirib ki, MİDA mənzillərinin sosial şəbəkələrdə qanunsuz satışı və kirayəyə verilməsini təşkil edən 12 nəfər saxlanılıb. 

Araşdırmalar nəticəsində həmin şəxslərin dövlət tərəfindən güzəştli şərtlərlə ayrılmış mənzillərin onlayn satış və kirayə elanlarını yerləşdirdikləri aşkarlanıb. Fakt üzrə saxlanılanlar barəsində qanunvericiliyə uyğun tədbirlər görülür.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında əmlak eksperti Ramil Qasımzadə bildirib ki, satışa çıxarılan güzəştli mənzillərə tələbat çox böyükdür:

“Mənzillə güzəştlidir, bu başadüşüləndir. Amma nəzərə almaq lazımdır ki, həmin evlərə həddən artıq çox vətəndaşın ehtiyacı var. Onların böyük əksəriyyəti “Asan İmza” əldə edərək qeydiyyatdan keçir. Qeydiyyatdan sonra kompüter texnologiyalarını yaxşı bilən, güclü internet resurslarına malik şəbəkə işə düşür. Bəli, bəziləri demək olar ki, şəbəkədir”. 

Ramil Qasımzadə vurğulayıb ki, saytdan mənzilin bron edilməsi onun alınması demək deyil:

“Bu şəxslər güzəştli mənzillərlə bağlı elanlar yerləşdirir, özlərinə müştəri bazası formalaşdırırlar. Onlar əlavə pul almaqla vətəndaşlarla əlbir bron xidməti göstərirlər. Saytdan evin bron edilməsi  hələ onun alınması demək deyil. Alış sonrakı mərhələdə həyata keçirilir. 

Yəni mənzilin bron edilməsi onun satılması demək deyil. Bron yalnız ilkin mərhələdir. Sonrakı prosesdə vətəndaş ya kredit yolu ilə banklara müraciət edəcək, ya da birbaşa ödəniş həyata keçiriləcək. Ödənişlər isə MİDA vasitəsilə banklar tərəfindən qəbul olunur”.

Ekspert əlavə edib ki, bu bron xidməti vasitəçilər - “kibermakler”lər tərəfindən həyata keçirilir:

“O evləri bron edənlər isə xüsusi kiberdələduzlardır ki, vasitəçi rolunu oynayırlar. Onlar evləri özləri almır, sadəcə bronlayırlar. Eşitmişəm ki, bunun müqabilində vətəndaşlardan külli miqdarda, bir mənzilə görə 5000 manata qədər pul alırlar. Bu yolla mənzil əldə edib uğurlu nəticə görənlər də var. 

Yəni bu, xalq arasında da populyarlıq tapıb deyə artıq onların xitmətlərindən istifadə çoxalıb. Bu vasitəçilər onlar üçün evi bron edir. Onlar yalnız vasitəçidirlər. Belə deyək, “kibermakler”dir. Onlar sadəcə yaxşı internet resurslarına malikdirlər və şəbəkə şəklində həmin saytda digər girişləri bloklamaq imkanları var. 

Artıq məlumat var ki, bununla bağlı 12 nəfər saxlanılıb. Ehtimal olunur ki, həmin şəxslər güzəştli şərtlərlə ayrılan mənzillərin bronlaşdırılması və kirayəsi ilə bağlı elanlar verərək vasitəçilik ediblər”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: evlər MİDA bazar Ramil Qasımzadə

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Dekabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see573

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see499

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see432

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see324

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see264

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see228

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see227

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see180

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see174

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see167

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri