Icma.az
close
up
RU
Bazara yeni mobil operator gəlməlidir ki, qiymətlər ucuzlaşsın?

Bazara yeni mobil operator gəlməlidir ki, qiymətlər ucuzlaşsın?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda mobil rabitə xidmətləri ilə bağlı vətəndaş narazılığı son günlərdə daha da artıb.

Xüsusilə ölkənin aparıcı operatorlarından biri olan “Azercell”-in yeni tarif dəyişikliyi ictimaiyyətdə rezonans doğurub.Sosial şəbəkələrdə və medianın müxtəlif platformalarında səsləndirilən əsas narazılıq isə qiymətlərin qalxması, lakin xidmət keyfiyyətində nəzərəçarpacaq irəliləyişin olmamasıdır. 

Digər mobil operatorların da təklif etdiyi paketlərin qiymətləri çox zaman istehlakçıların büdcəsinə uyğun gəlmir. Bu vəziyyət ölkədə mobil rabitə bazarındakı rəqabət mühitinin zəifliyini bir daha gündəmə gətirib. Bəs ölkə mobil rabitə bazarında real rəqabət mühiti formalaşdırmaq və tariflərin daha münasib olmasını təmin etmək üçün Azərbaycanda dördüncü mobil operatorun fəaliyyətə başlaması nə dərəcədə məqsədəuyğundur? Bu, qiymət siyasətinə və xidmət keyfiyyətinə necə təsir göstərə bilər?

İqtisadçı-ekspert Fuad İbrahimov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycanda mobil rabitə bazarında sağlam rəqabət mühiti formalaşmayıb:

“Bu da özünü çox aydın şəkildə göstərir. Bəzən çıxış yolu kimi dördüncü operatorun bazara daxil olmasını təklif edirlər. Amma gəlin səmimi olaq: 

əgər o da mövcud operatorlarla eyni oyunu oynayacaqsa, biz sadəcə yeni bir iştirakçının qazanc əldə etməsinə şahid olacağıq. 

Reallıq budur ki, nə qiymətlərdə, nə xidmət keyfiyyətində, nə də istehlakçı hüquqlarının qorunmasında irəliləyiş yoxdur.Əgər bu məsələlərə dərindən baxsaq, çox sayda neqativ nümunələrlə qarşılaşarıq: yersiz SMS-lər, vətəndaşın razılığı olmadan qoşulduğu proqramlar, hesabdan əsassız şəkildə çıxarılan vəsaitlər... Bütün bunlar sistematik hal alıb. 

İnsan 1-2 manat itirir, amma bu məbləğ üçün vaxt itirmək istəmir. Amma nəticə etibarı ilə milyonlarla vəsait bu formada vətəndaşların ciblərindən çıxarılır".

O qeyd edib ki, əgər biz dördüncü operatorun ölkəyə gətirilməsini çıxış yolu hesab ediriksə, bu, sadəlövhlük olar.

"Burada əsas məsələ rəqabət mühitinin formalaşmasıdır. Bunun üçün isə ilk növbədə dövlət tərəfindən ciddi nəzarət və müdaxilə mexanizminə ehtiyac var. Sistemin şəffaflaşdırılması mütləqdir. Bu mexanizm müvəqqəti olsa belə, tətbiq edilməlidir ki, vətəndaşların hüquqları qorunsun, pulları mənimsənilməsin.

Hazırda verilən pul qarşılığında xidmət yoxdur. Sadəcə vəsaitlər müxtəlif yollarla silinir. Hər operator bacardığı qədər istifadəçidən pul çıxarır. Dördüncü, beşinci operator da gəlsə, əgər eyni sistem daxilində fəaliyyət göstərəcəksə, bu, heç nəyi dəyişməyəcək. Artıq bu sahəyə inam qalmayıb”. 

Ekspert hesab edir ki, əgər doğrudan da sağlam rəqabət mühiti yaradılacaqsa, bu, nəticədə özünü kütləvi şəkildə istifadəçilərin bir operatoru tərk edib digərinə keçməsi ilə göstərəcək:

"Bu isə digər operatorları da daha yaxşı xidmət təqdim etməyə məcbur edəcək. Bax, bu, sağlam rəqabətdir.Hazırda isə ölkədə üç əsas mobil operator var və hamısı bir-biri ilə anlaşma şəraitində hərəkət edir. Biri SMS-lə soyur, biri internetlə, digəri isə roaming və danışıq tarifləri ilə. Yəni bir tərəfdən güzəşt edirlərsə, digər tərəfdən istifadəçini "soyurlar". Bu açıq-aşkar sövdələşmədir.

Təəssüf ki, nəticədə vətəndaş istədiyi xidməti də ala bilmir, qiymət baxımından da itirir. Məsələn, biri hansısa operatorun xidmətindən narazı qalır, digərinə keçir, amma orada da fərqli problemlərlə qarşılaşır.

Mən şəxsən hər üç operatorun xidmətindən istifadə edirəm və üçündən də narazıyam. Xarici səfərlərim zamanı mütləq həmin ölkənin yerli operatorunun xidmətlərindən istifadə edirəm. Çünki həm keyfiyyət, həm də qiymət baxımından daha əlverişli olur.Bizdə isə vəziyyət elədir ki, bu sahədə regionda ən geridə qalmış ölkəyə çevrilmişik. Bu gün operatorların fəaliyyətini tənzimləyən şəffaf və sərt mexanizmlər tətbiq edilməlidir”.

Səbinə Uğur 
"Cebheinfo.az"

Açar sözlər: mobil operator qiymətlər Fuad İbrahimov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 İyun 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri