Icma.az
close
up
RU
Bazarda satılan məhsullar BAHALAŞACAQ Yeni qərar qüvvəyə minir KONKRET

Bazarda satılan məhsullar BAHALAŞACAQ Yeni qərar qüvvəyə minir KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bazarlarda işləyən sahibkarlardan vergi uçotunda olmaları tələb ediləcək. Bu qayda 2025-ci ilin əvvəlindən qüvvəyə minəcək. Yalnız VÖEN-i olmayan satıcıların fəaliyyətinə icazə veriləcək. Əks təqdirdə, bazarların mülkiyyətçiləri və ya idarəçiləri cərimə ediləcək. Bu, Vergi Məcəlləsində də əksini tapıb.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, yeni qərar bazarda satılan məhsulların bahalaşması ilə nəticələnəcək:

“Əlbəttə, bu qiymətlərin ciddi bahalaşmasına gətirib çıxaracaq. Çünki vergiyə cəlb olunan məbləğ, sözsüz ki, malın maya dəyərinə daxil ediləcək. Tutaq ki, müştəri göyərtini 20 qəpiyə alırsa, üstünə vergi əlavə olunacaq, nəticədə məhsul 25 qəpik olacaq. Digər məhsullarda da eyni tendensiya özünü göstərəcək.

Verginin tətbiqi Azərbaycan kimi iqtisadiyyata malik ölkədə dərhal qiymətdə öz əksini tapır. Yeni qərar bazarda fəaliyyət sahibkarlara ciddi ziyan vuracaq.

Hazırda paytaxtda sahibkarlıq obyektlərinin sayı sürətlə azalır. Obyektlərin bir çoxunun üzərinə baxsanız, görərsiniz ki, icarədar axtarılır”.

Ekspertin fikrincə, sahibkarları ciddi vergi yükü gözləyir:

“Sahibkarlıq fəaliyyətinə başlamaq üçün göysatan gedib vergi üçün qeydiyyata düşsə, onun dərhal 1000 manat xərci çıxacaq. Göyərti satıb evinə günlük 15-20 manat çörəkpulu aparan adamın vergi qeydiyyatından keçib 1000 manat ödəmək imkanı varmı?!

Bu məbləğin təkcə 500 manatı kassa apartına çıxacaq. Halbuki kassa aparatının 500 manata olması da çox gülüncdür. Bu gün minlərlə funksiyaya malik olan smartfonlar 200-300 manata, yalnız 1 funksiyası olan kassa aparatı isə 500 manatdır. Üstəlik, bu ölkə daxilində hazırlanır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Dekabr 2024 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri