Icma.az
close
up
RU
Bazarlarda qanunsuz sahibkarlığın qarşısının alınması istiqamətində tədbirlər davam edir

Bazarlarda qanunsuz sahibkarlığın qarşısının alınması istiqamətində tədbirlər davam edir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 8 noyabr, AZƏRTAC

Cari ilin oktyabrın 1-dən bazarlara vergi nəzarətinin təmin edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklər qüvvəyə minib. Dəyişikliklərin məqsədi nədir?

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu dəyişikliklər bazarlarda fəaliyyət göstərən şəxslərin qanunvericiliyə uyğun leqal şəkildə fəaliyyət göstərməsini təmin etməyə və qanunsuz sahibkarlığın qarşısını almağa yönəlib.

Dəyişikliklərə əsasən, bazarlarda icarəçilərin faktiki fəaliyyət göstərməsi yalnız onların icarəyə götürdükləri obyektlərin vergi orqanında uçota alınmasından sonra mümkündür. Bu öhdəlik bazar mülkiyyətçiləri tərəfindən təmin edilməlidir.

Qanunvericiliyin yeni tələblərinə görə, bazar mülkiyyətçiləri icarə müqaviləsinə xitam verilmiş, fəaliyyətini dayandıran və ya davam etdirən vergiödəyiciləri barədə məlumat formasını rübdə 1 dəfə vergi orqanlarına təqdim etməlidirlər.

Eyni zamanda, həmin dövrdən etibarən növbəti 6 ay ərzində bazar mülkiyyətçiləri vergi orqanında uçota alınmamış təsərrüfat obyektlərinin (mağaza, ticarət obyekti, anbar) və həmin obyekti icarəyə götürən şəxslərin uçota alınmasını təmin etməlidirlər.

Sözügedən dəyişikliklərin əsas məqsədi qeyri-qanuni, uçotsuz fəaliyyət göstərən, istehlakçı hüquqlarını pozan sahibkarların fəaliyyətinin qarşısının alınması və onların vergi uçotuna alınmasını təmin etməkdir. Nəzərə çatdıraq ki, vergi uçotundan kənar fəaliyyət göstərən bazarlarda alış zamanı çox zaman ödəniş sənədləri (çek, qəbz) təqdim edilmir. Bu isə istehlakçının hüquqlarının pozuntusuna, malların dəyişdirilməsi və ya qaytarılması zamanı problemlərin yaranmasına səbəb olur. Yeni mexanizm isə bu problemlərin qarşısını almaqla istehlakçı hüquqlarının qorunmasına və şəffaf bazar münasibətlərinin formalaşmasına xidmət edəcək. Ümumilikdə isə bu sahədə həyata keçirilən tədbirlər iqtisadi artıma və sosial rifahın yüksəlməsinə töhfə verəcək.

Qeyd edək ki, vergi uçotunun tənzimlənməsi ilə bağlı şəffaflaşdırma tədbirləri kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, digər bazarlardan gedir. Yəni vergi qanunvericiliyinin sözügedən müddəaları kənd təsərrüfatı məhsullarının satışı bazarları istisna olmaqla, tikinti, geyim, qeyri-ərzaq, sənaye və digər məhsulların satış bazarları, ticarət mərkəzlərini əhatə edir.

Bazarlarda qanunsuz sahibkarlığın qarşısının alınması istiqamətində bazar mülkiyyətçilərinin prosesdə fəal iştirakı vacibdir. Yeni mexanizm həmçinin bazarlarda çalışan, lakin aldığı malları sənədləşdirməyən sahibkarların uçotla bağlı çatışmazlıqlarını aradan qaldıracaq, rəsmiləşdirmə proseslərini leqallaşdıracaq.

Son illərdə İqtisadiyyat Nazirliyi, o cümlədən Dövlət Vergi Xidməti tərəfindən ardıcıl şəffaflaşdırma tədbirləri həyata keçirilib. Nəticədə biznes mühitində əhəmiyyətli dərəcədə “ağarma” müşahidə olunur. Əmtəə zəncirinin bütün mərhələlərində rəsmiləşdirmə ildən-ilə artır və qanunsuz mal dövriyyəsinin və qeyri-rəsmi satış mənbələrinin aradan qaldırılması istiqamətində nəzarətin artırılması və tədbirlərin görülməsi davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri