Icma.az
close
up
RU
BBC indi də Moskvanın tezislərin tirajlayır

BBC indi də Moskvanın tezislərin tirajlayır

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

BBC-nin Azərbaycana qarşı mövqeyi heç vaxt məqbul olmayıb. 44 günlük Vətən müharibəsi dövründə isə birmənalı şəkildə düşmən cəbhəsində yer alıb. Şirkətin  Qarabağ separatçılarına açıq dəstəyi  2021-2023-cü illərdə pik həddə çatıb. Qondarma rejimin liderlərindən olan Ruben Vardanyanı "Hard Talk" proqramına çıxararaq öz ideyalarını təbliğ etməsinə şərait yardıb. Paralel olaraq, o zamankı qondarma  “Dağlıq Qarabağ Respublikası Prezidentinin” mətbuat katibi Lusine Avanesyanın müsahibələrinə geniş yer ayırıb. Onun söylədiyi bütün cəfəng fikirləri son nöqtəsinə qədər tirajlayıb.  

Şirkət  Azərbaycan QHT-ləri tərəfindən 2022-ci ildə başladılan “Laçın yolu aksiyası”nı gözdən salmaq üçün  “erməni şəbəkəsi” tərəfindən dövriyyəyə buraxılan qondarma “humanitar böhran” kampaniyasında iştirak edib.  Azərbaycanın Qarabağdakı mülki ermənilər üçün ərzaq göndərməsinin  mahiyyətini təhrif edib. Həmin dövrdə  Ermənistan tərəfindən istehsal olunan bütün dezinformasiyalar “BBC News”, “BBC World Service” və “BBC Azerbaijani Service” səhifələrində ictimailəşdirilərək dünyaya yayılıb. Erməni tərəfinin manipulyativ məlumatları əsas kimi təqdim olunub,  Azərbaycanın mövqeyinə isə görməzdən gəlinib. Bununla da beynəlxalq ictimai rəyi çaşdıraraq, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alıb.

BBC-nin bu yöndə təxribatçı fəaliyyət 2023-cü ildə o qədər qabarıb ki, Azərbaycan Mətbuat Şurası şirkətin yanlış addımlarını pisləyən bəyanat verib, onu peşə prinsiplərinə əməl etməyə çağırıb. Bəynatda qeyd edilib ki, BBC Qarabağdakı separatçı rejimə verdiyi informasiya dəstəyini pərdələmək üçün riyakar metodlardan istifadə edir. “Qarşı tərəfin də mövqeyini işıqlandırmaq” adı ilə Qarabağdakı separatçılara tribuna verir, yalançı obyektivlik sərgiləyir. Hansı ki, jurnalist kodeksləri və media prinsipləri KİV-lərin terorçu dəstələrə, separatçı birliklərə hər hansı bir şərt altında trubuna verməsini istisna edir.  

Problem ondadır ki, jurnalistika üzrə beynəlxalq  kodekslərin hazırlanmasında, legitimləşməsində BBC özü də iştirak edib. Yəni, Qarabağ üzrə separatçı ideyaların yayılmasının qeyri-normal olduğunu yaxşı bilir.  Hansı ki, şirkət məskun olduğu ölkəyə  münasibətdə bu sədləri  qoruyur. Məsələn, analitik hesabatlarda  qeyd edilir ki, hazırda mərkəzi və qərbi Avropa dövlətlərində separatizmə dayanan təqribən 30-a yaxın hərəkat  mövcuddur. Eyni problem Böyük Britaniya üçün də xarakterikdir. Amma BBC Böyük Britaniya daxil olmaqla, mərkəzi və qərbi Avropa dövlətlərində mövcud olan separatçı hərəkat liderlərinə  tribuna vermir. Əksinə, zərurət yarananda, separatçı hərəkatlara qarşı informasiya dəstəyi göstərir. Azərbaycana münasibətdə isə bu prinsipləri pozur. Təkcə Qarabağ bölgəsində deyil, ümumilikdə Azərbaycan ərazisində süni separatizm ocaqları formalaşdırmaq üçün təbliğat aparır. Bu barədə milli media subyektlərində  zaman-zaman detallı bilgilər verilib.

BBC-ni Ruben Vardanyan və Moskva ilə hansı tellər bağlayır?

BBC Azərbaycan üzrə pozucu fəaliyyətini bu gün də davam etdirir. Həm də daha kəskin formada. Məsələn, Bakıda məhkəməsi yekunlaşan separatçı liderlərə verilən cəzanın ədalətli olmadığını müzakirəyə çıxarır. Ruben Vardanyanın 20 illik həbsə məhkum edilməsini pisləyir. Çox aydın şəkildə görünür ki, oliqarx milyarderi müdafiə edən PR şirkətləri BBC-nin  Dünya Xidmətinə çıxış əldə ediblər.  BBC-nin  “Vardanyanın məhkimluğu” mövzusunda yaydığı materiallarda oliqarx-milyarderə bağlılığı şübhə doğurmayan Fransanın PR şirkəti – Havas-ın izləri aydın görünür. Məlumat üçün qeyd edək ki, 2024-cü ilin əvvəlindən 2026-cı ilin fevral ayına qədər olan dövrdə “Fransa kommunikasiya və ictimaiyyətlə əlaqələr qrupu” (Havas) , xüsusən də onun icraçı direktoru Stefan Fouks tərəfindən  Ruben Vardanyanın ailəsinə dəstək verilib, onun məhkumluğunu “əsalətsiz” adlandıran qərəzli kampaniya keçirilib.  BBC də bu  “pullu kampaniyaya” cəlb edilib. Vardanyanın pullarını peşə prinsiplərindən üstün tutaraq, informasiya təxribatında iştirak edib.

Amma Azərbaycan ictimaiyyətində narahatlıq doğuran hal təkcə BCC-nin Ruben Vardanyana pullu xidmət göstərməsində deyil. Şirkətin Azərbaycana qarşı təxribatları ən müxtəlif mövzular üzərindən həyata keçirilir. BBC-nin 2024-cü ildə Bakıda keçirilən COP29 zamanı yol verdiyi informasiya manipulyasiyaları buna yaxşı sübutdur. Həmin vaxt şirkət Azərbaycana qarşı yönəlmiş koordinasiyalı və qərəzli tənqidlərə yer ayırdı, siyasi mərkəzlərin ölkəmizə qarşı apardığı informasiya savaşında alətə çevrildi. Sonralar isə daha incə mövzuları media gündəminə daşıdı. Məsələn, BBC “Rəsmi Bakının Türkiyə ilə münasibətlərinin  korlanması” barədə dezinformasiyalar  tirajladı. Yaxud, Bakının ABŞ  ilə yaxınlaşmasında hansısa “şübhəli məqamlar” axtardı.

Paradoksal haldır  ki, BBC səhifələrində yayılan, Azərbaycana və Azərbaycanın dövlət başçısına qarşı yönələn təxribatçı informasiyaların bir çoxu Moskvanın şovinist dairələri tərəfindən istehsal edilən informasiyalarla sinxronluq təşkil edir. Son 2 il ərzində Azərbaycana qarşı sistemli şəkildə təxribatlar hazırlayan Rusiyanın şovinist dairələrinin tezisləri paralel şəkildə həm də BBC-nin  efirinə yol tapır. Şirkət Rusiya təbliğat maşınının yaratdığı hekayələrə əsaslanaraq, Azərbaycanda mühakimə edilən müharibə cinayətkarlarını “mülki məhbuslar” kimi qələmə verir; məhkəmə istintaqını "siyasi motivli" proses adlandırır;  Ruben Vardanyanın guya mühakimə hüquqlarının pozulduğunu iddia edir.

Xüsusilə, Moskvadan dəstəkləndiyi şübhə doğurmayan Münhen və Vaşinqton təxribatlarını “insan haqlarının təcəlləsi” kimi qələmə verir və sair. Problem ondadır ki, BBC əvvəllər özünün yanlış  davranışlarını hansısa “etik prinsiplərlə” pərdələyirdisə, indi həmin metoddan imtina edir. Simvolik də olsa, Vaşinqton təxribatında hədəfə çevrilənlərin söz haqqı tanımır. Təxribatçılara tribuna verir, təxribata məruz qalanları isə görməzdən gəlir. Təbii sual yaranır: BBC bütün bunları nə üçün edir?

Donald Tramp BBC barədə hansı faktları ifşa edir?

ABŞ Hökumətin Səmərəliliyi Departamenti (DOGE) 2025-ci ilin fevral ayında açıqlama yayaraq hökumətin Politico , The New York Times, Associated Press kimi media qurumlarının maliyyələşdirilməsini dayandırdığını bildirdi.  Qurumun rəhbəri İlon Maskın bu qərarı əsaslandırmaq üçün verdiyi bəyanatdan belə məlum oldu ki, bu media subyektləri peşəkar prinsipləri və ABŞ maraqlarını deyil, maliyyə qarşılığında Co Bayden administrasiyasının ambisiyalarını üstün tutublar. Qeyd edildi ki, USAİD əslində Demokrat Partiyası və Bayden administrasiyası üçün gizli maliyyə aləti kimi fəaliyyət göstərib. Agentlik  USAGM vasitəsilə həm Amerika mediasına, həm də çoxlu sayda Avropa media subyektlərinə, o cümlədən BBC-yə qrant adı altında maliyyə ötürüb. Qarşılığında onları Demokrat Partiyasının siyasi ambisiyalarının təbliğatçısına çevirib. Təkcə 2023-2024-cü illərdə BBC USAİD-dən 2,613 milyon funt sterlinq “ianə” alıb. Gizli “maliyyə yardımı” bu redaksiyaların xəbər siyasətinə təsir göstərib, dünya ictimaiyyətinə yalnış məzmun çatdırıb.

Yəni, Donald Tramp sübut edə bildi ki, bu media şirkətlərinin, o cümlədən BBC-nin müstəqilliyi, peşə prinsiplərinə sadiqliyi haqqında deyilənlər yanlışdır. Onlar da qapalı şəkildə maliyyə maxinasiyalarına qoşulurlar, çirkli kampamiyalarda rol alırlar. Bu barədə Azərbaycan mediasında dərc edilmiş  “Obyektivlik mifi dağılır, BBC-nin real simması üzə çıxır” başlıqlı məqalədə geniş bilgi verilir.

Düzdür, BBC bu açıqlamanı təkzib etməyə çalışdı. Bildirdi ki, USAİD-dən vəsaiti birbaşa özü deyil, törəmə şirkət olan “ BBC Media Action” qəbul edib. Amma bəraət ala bilmədi. Burada “Həsən keçəl, yoxsa keçəl Həsən?” zərb məsəli yada düşür. Fərqi varmı: vəsaiti BBC özü, yoxsa onun törəmə şirkəti alıb?

Məlumat üçün deyək ki, Donald Tramp komandası BBC-nin bu kövrək təkzibini də heçə endirdi. Ona qarşı irəli sürülən ittihamları real faktlarla sübuta yetirdi. Məsələn, sübuta yetirildi ki, BBC USAİD-dən aldığı maliyyə qarşılığında Donald Trampa qarşı qarayaxma kampaniyası aparıb. Onun 2021-ci il nitqini komtekstdən çıxararaq tirajlayıb. Məlumat üçün qeyd edək ki,  BBC şirkəti ilə ABŞ prezidenti arasında yaranmış insidentin səbəbi BBC-nin “Panorama”  proqramında Trampın 6 yanvar 2021-ci il çıxışının montaj edilərək, kontekstdən çıxarılmasıdır. ABŞ prezidenti bu media şirkətini həmin fəaliyyətinə görə məhkəməyə verib, 1 milyard dollar təzminat ödəməsini, ya da təkzib verməsini istəyir. Donald Trampın mətbuat katibi Kerolayn Levit BBC telekanalını “hadisələri saxtalaşdırmaqda və ictimaiyyəti aldatmaqda” ittiham edib. O, “The Telegraph”  qəzetinə verdiyi müsahibədə bildirib ki, BBC “solçu təbliğatın ruporuna” çevrilib və “tamamilə saxta media orqanıdır”).

Azərbaycana yönəlik  yanlış siyasət 

Donald Tramp-BBC qarşıdurması fonunda bir daha sübuta yetirilir ki, BBC-nin obyektivliyi və qərəzsizliyi barədə deyilənlər, sadəcə illüziyadır. Şirkət qlobal oyunlarda rol alır, tərəf tutur, tendensiyalı davranır  və nəticə olaraq, özü üçün dvidentlər qazanır. Təhlükəli hal odur ki, BBC qapalı şəkildə maliyyə aldığı dairələr sırasında keyfiyyət seçimi aparmır. O, USAİD-dən də, oliqarx Ruben Vardanyandan da, hətta dünya üçün problemə çevrilmiş Moskvanı şovinist qruplarından da dəstək almağı məqbul sayır.

Maraqlıdır ki, rəsmi London özünü son illərdə  Rusiyanın informasiya təxribatlarına qarşı mübarizənin əsas mərkəz kimi təqdim edir. Demokratik institutları və ictimai rəyi Rusiya təsirlərdən qorumaq üçün fərqli metodlar qurur. Amma Britaniya mediasının təcrübəsi göstərir ki, Londonun bu cəhdləri effektsizdir. Nüfuzlu  Britaniya KİV-lərinin bir qismi  dolayısı yollarla  Moskvaya bağlanır. Məsələn, BBC USAİD-dən maliyyə alır. Ləğv edildiyi günə qədər USAİD-in rəhbəri Samanta Pouer olub.  O, Ruben Vardanyanın yaxın dostudur. Rusiyalı oliqarxdan milyonlarla dollar dəyəri olan hədiyyələr qəbul edib. Vardanyan isə təkcə milyarder oliqarx deyil, həm də Rusiya ilə Qərb institutları arasında qaranlıq əlaqələr quran əsas fiqurdur. Özü həbsdə olsa da, yaratdığı şəbəkə hələ də iş başındadır. Bu xətti nəzərdən keçirəndə, BBC-nin hansı məntiqlə Moskvanın tezislərini tirajlamasının səbəbləri açılır.

Ruben Vardanyan şəbəkəsi Moskvanın Qərb institutlarına qaranlıq yollarla sızdırdığı fiqurlardanyalnız biridir. Başqa kimlər, hansı modellər var? Fikrimcə, Londonun araşdırmalı olduğu məqam budur.

Müşfiq Ələsgərli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Fevral 2026 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see495

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see292

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see272

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see264

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see259

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see255

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see231

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see231

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see226

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see220

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see213

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see210

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see207

Boşandıqdan sonra ilk dəfə münasibətə hazırlaşır

19 Sentyabr 2026 01:55see204

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see195

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see194

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see186

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see184

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see180

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri