Icma.az
close
up
RU
BDU 107 Müasir institusional inkişaf və beynəlxalq reytinqlər

BDU 107 Müasir institusional inkişaf və beynəlxalq reytinqlər

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 1 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) tarixi irsə söykənən inkişaf xətti islahatlarla, yeni təşəbbüslərlə davam edir. Yüksəkixtisaslı mütəxəssislərin hazırlanması, elmi tədqiqatların genişləndirilməsi, innovasiyaların təşviqi, elmi biliklərin kommersiyalaşdırılması, sosial fəaliyyətin gücləndirilməsi və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi istiqamətlərində kompleks tədbirlər həyata keçirir.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

107 il əvvəl 2 fakültə, 44 nəfər professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan BDU bu gün 25 mindən artıq tələbəsi və 1500 nəfərədək professor-müəllim heyəti ilə regionun aparıcı ali təhsil müəssisələrindən biridir. Universitetin strukturuna 16 fakültə, 114 kafedra, SABAH Mərkəzi, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, müasir avadanlıqla təchiz edilmiş 30 elmi-tədqiqat laboratoriyası, 11 elmi araşdırma mərkəzi, 2 milyondan çox kitab fondu olan Elmi Kitabxana, 5 muzey, 3 beynəlxalq institut və mərkəz, tədris-təcrübə və istirahət mərkəzi, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec və “Gənc istedadlar” liseyi daxildir. Bütün bunlar təhsilin keyfiyyətinin yüksəldilməsi, yeni təlim texnologiyalarının tətbiqi və tədqiqat fəaliyyətinin genişləndirilməsi üçün mühüm imkanlar yaradır.

Universitetin müasir inkişaf strategiyasının əsas istiqamətlərindən biri elmi və akademik potensialın beynəlxalq səviyyədə daha geniş təqdim edilməsi və qlobal rəqabət qabiliyyətinin artırılmasıdır. Son illərdə beynəlxalq reytinqlərdə müşahidə olunan davamlı yüksəliş, ayrı-ayrı elm və ixtisas sahələri üzrə mövqelərin möhkəmlənməsi, dayanıqlı inkişaf göstəricilərinin yaxşılaşması, beynəlxalq akkreditasiyaların genişlənməsi və tərəfdaşlıq şəbəkəsinin böyüməsi bu siyasətin nəticələrini konkret göstəricilərlə ortaya qoyur.

“Quacquarelli Symonds” (QS) tərəfindən açıqlanan “QS World University Rankings 2027” reytinqində BDU 565-ci pillədə qərarlaşaraq, təkcə ölkəmizdə deyil, bütün Cənubi Qafqazın lider universitetinə çevrilib. “QS Europe 2026” reytinqində 278-ci, “QS Western Asia 2026” reytinqində isə 13-cü yerdə qərarlaşıb. Universitet, həmçinin “QS Master’s in Management” reytinqində ilk dəfə 201+ mövqedə təmsil olunub.

“QS World University Rankings by Subject” nəticələrinə əsasən, BDU təbiət elmləri üzrə 401-500, mühəndislik və texnologiya üzrə 501-550-ci mövqelərdə qərarlaşıb. Dar ixtisas sahələrində neft və qaz mühəndisliyi üzrə 51-100, müasir dillər üzrə 151-200, riyaziyyat üzrə 251-300, hüquq üzrə 301-350, kimya mühəndisliyi üzrə 401-450, fizika və astronomiya üzrə 401-450, kimya üzrə 451-500, kompüter elmləri və informasiya sistemləri üzrə 601-650-ci diapazonlarda təmsil olunub.

Dayanıqlı inkişaf sahəsində əldə olunan nəticələr ayrıca əhəmiyyət daşıyır. “THE Sustainability Impact Rankings 2026” reytinqində BDU tarixində ilk dəfə dünyanın TOP-200 universiteti sırasına daxil olaraq 101-200-cü mövqelər arasında qərarlaşıb; əvvəlki il universitet 401-600-cü diapazonda yer almışdı. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə BDU “Yoxsulluğa son” istiqamətində dünyada 23-cü, “Gender bərabərliyi” üzrə 30-cu, “Bərabərsizliyin azaldılması” üzrə 40-cı, “Keyfiyyətli təhsil” (DİM 4) üzrə 63-cü, “Sülh, ədalət və güclü institutlar” üzrə isə 92-ci mövqedə qərarlaşıb.

Reytinq dinamikası digər beynəlxalq qiymətləndirmələrdə də özünü göstərir. “Round University Ranking (RUR) 2026” reytinqində BDU əvvəlki illə müqayisədə 189 pillə irəliləyərək 636-cı mövqeyə yüksəlib. “UI GreenMetric World University Rankings” reytinqində isə 493-cü mövqedə qərarlaşaraq Azərbaycanda liderliyini qoruyub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Sentyabr 2026 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see397

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see381

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see314

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see296

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see293

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see284

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see271

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see265

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see264

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see251

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see235

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see234

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see229

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see228

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see227

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see224

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see221

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see215

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see215

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri