Icma.az
close
up
RU
BDU 107: təhsil, tələbə nailiyyətləri və insan kapitalı

BDU 107: təhsil, tələbə nailiyyətləri və insan kapitalı

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

  Bakı, 1 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində tədris prosesinin məzmununun yenilənməsi, innovativ metodologiyaların tətbiqi və tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunması inkişaf strategiyasının əsas komponentlərindəndir. Peşəkar kadr hazırlığı ilə yanaşı, azərbaycançılıq məfkurəsinə, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər və sosial məsuliyyətli vətəndaşların yetişdirilməsi BDU-nun mühüm hədəflərindəndir. Bu məqsədlə dövlət gənclər siyasəti, Ulu Öndər Heydər Əliyev irsi, azərbaycançılıq ideyaları və milli-mənəvi dəyərlərin təbliği istiqamətlərində çoxsaylı tədbirlər həyata keçirilir.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Qeyd edilib ki, tələbələrin akademik nailiyyətləri bu siyasətin mühüm nəticələrindəndir. 2025-ci ildə universitetin 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb. On tələbəyə “Həmkarlar İttifaqı təqaüdü” verilib. Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə icra olunan üçüncü “Maarifçi” tələbə-məzun təcrübə proqramını başa vuraraq nazirlik və tabe qurumların strukturlarında əmək fəaliyyətinə başlayan 20 nəfərdən 6-sı BDU məzunu olub.

Yüksək nəticə göstərən tələbələrin təşviqi məqsədilə 2025-ci ildə BDU Elmi Şurasının qərarı ilə “Birincilik” adlı məqsədli təqaüd təsis edilib. 2025/2026-cı tədris ilindən bakalavriat səviyyəsinə qəbul olunan və müxtəlif ixtisaslar üzrə 550-dən çox bal toplayan abituriyentlər arasından ən yüksək nəticə göstərmiş tələbələrə tədris ilinin sonunadək hər ay 200 manat məbləğində təqaüd verilir. Bu təşəbbüsün 2026/2027-ci tədris ilində də davam etdirilməsi nəzərdə tutulur. 2026/2027-ci tədris ili üzrə BDU-ya qəbul olunan tələbələrin 1169 nəfəri 500-dən, 504 nəfəri isə 600-dən yuxarı bal toplamış abituriyentlərdir.

Universitetin insan resursları və təhsil proqramları da yeni çağırışlara uyğun olaraq inkişaf etdirilir. Hazırda BDU-da 3 mindən çox əməkdaş, o cümlədən 1500 nəfərədək professor-müəllim heyəti və elmi işçi çalışır; onların 250-dən çoxu elmlər doktoru, professor, 800 nəfərə yaxını isə fəlsəfə doktoru, dosentdir. Bakalavriat səviyyəsində 76 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir.

Universitetdə əmək bazarının dəyişən tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmalar yaradılır. 2026/2027-ci tədris ilindən bakalavriat səviyyəsində regionşünaslıq (Afrika üzrə) ixtisası üzrə kadr hazırlığına başlanılacaq. Eyni zamanda magistratura səviyyəsində əmək bazarının tələblərinə uyğun 42 yeni ixtisaslaşma üzrə tədris aparılacaq: süni intellekt, kriptologiya, qida kimyası, dərman kimyası, biotibbi materiallar, bioinformatika, dövlət idarəetməsində strateji kommunikasiyalar, beynəlxalq təhlükəsizlik, türk dövlətlərinin xarici siyasəti və inteqrasiya prosesləri, ictimaiyyətlə iş, klinik sosial iş, geoekologiya və digər ixtisaslaşmalar bu yenilənmənin müasir çağırışlara istiqamətləndiyini göstərir.

BDU məzunlarının dünyanın nüfuzlu universitetlərində təhsil imkanları da genişlənir. 2026-cı ildə 45 məzun “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanıb. 2026/2027-ci tədris ili üçün magistratura səviyyəsində xaricdə təhsil almaq hüququ qazanan 353 nəfərdən 40-ı, doktorantura səviyyəsində isə 22 nəfərdən 5-i BDU məzunudur.

BDU-nun nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin məzunlarının nəticələri də bu akademik mühitin davamlılığını göstərir. Liseyin iki məzunu Dövlət Proqramının qalibi olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Sentyabr 2026 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see383

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see360

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see348

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see304

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see288

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see270

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see259

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see258

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see255

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see250

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see236

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see235

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see235

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see228

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see223

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see221

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see203

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see203

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see200

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri