BDU da Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru ilə görüş keçirilib Foto
Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Bakı Dövlət Universitetində (BDU) Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abdulqafor Kirgizbayev ilə görüş olub.
Gununsesi.info xəbər verir ki, rektor Elçin Babayev BDU-nun beynəlxalq əlaqələrində türkdilli dövlətlərin ali məktəbləri ilə münasibətlərin önəmli yer tutduğunu, son illər Özbəkistanın nüfuzlu elm və təhsil müəssisələri ilə sıx əlaqələrin yaradıldığını və inkişaf etdiyini diqqətə çatdırıb.
O, BDU ilə Daşkənd Dövlət Pedaqoji Universiteti arasında iki il əvvəl imzalanan əməkdaşlıq müqaviləsinin qarşılıqlı əlaqələrin inkişafında xüsusi əhəmiyyət daşıdığını bildirib, təhsil sahəsi ilə yanaşı, xüsusilə müxtəlif elm sahələri üzrə birgə elmi tədqiqatların aparılmasının, ikili diplom proqramlarının imzalanmasının zəruri olduğunu diqqətə çatdırıb.
Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abdulqafor Kirgizbayev elm və təhsil sahəsində ortaq layihələrin hər iki universitetin inkişafına fayda verəcəyinə əminliyini ifadə edib, pedaqogika, psixologiya istiqamətləri üzrə geniş əməkdaşlıq imkanlarının olduğunu deyib.
Görüşdə iki ali təhsil müəssisəsi arasında ikili diplom proqramlarının inkişaf etdirilməsi, müəllim və tələbə mübadiləsinin sürətləndirilməsi, birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 09 Aprel 2025 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















