Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU da olub
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin Gənclərin inkişafı və tərbiyə işləri üzrə birinci prorektoru Samaridin Koraevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
Qonaqları salamlayan BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev ortaq kökə, dilə, mədəniyyətə, tarixə malik, qardaş ölkələr olan Azərbaycan və Özbəkistan arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini, türkdilli dövlətlərin özünün ən güclü dövrünü yaşadığını qeyd edib. O bildirib ki, BDU da bu əməkdaşlığa öz töhfəsini verməkdədir. Son bir neçə ildə BDU Özbəkistanın ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrini daha da gücləndirib. BDU Özbəkistan universitetləri ilə əməkdaşlıq müqavilələri imzalayıb, tələbə və müəllim mübadiləsi proqramları həyata keçirib. BDU və Özbəkistan ali məktəblərinin ikili diplom proqramları, birgə elmi tədqiqatlar, ortaq konfranslar, sosial tədbirlər həyata keçirməklə bağlı daha böyük potensialı var. Əliş Ağamirzəyev Çirçik Dövlət Pedaqoji Universiteti ilə də akademik mübadilə imkanlarının yüksək olduğunu, xüsusilə magistratura səviyyəsində pedaqogika istiqamətində birgə ikili diplom proqramına ehtiyac duyulduğunu bildirib.
Çirçik Dövlət Pedaqoji Universitetinin Gənclərin inkişafı və tərbiyə işləri üzrə birinci prorektoru Samaridin Koraev təmsil etdiyi ali təhsil müəssisəsinin əsas fəaliyyət istiqamətləri barədə danışıb, BDU ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Görüşdə universitetlər arasında qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 08 Yanvar 2026 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















