BDU da “Eşitmə məhdudiyyətli şəxslərlə psixoprofilaktik iş” mövzusunda tədbir keçirilib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 17 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Sosial və pedaqoji psixologiya kafedrasının təşəbbüsü ilə “Eşitmə məhdudiyyətli şəxslərlə psixoprofilaktik iş” mövzusunda tədbir keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Sosial və pedaqoji psixologiya kafedrasının müdiri professor Kamilə Əliyeva, “Cochlear Azərbaycan” reabilitasiya və bərpa mərkəzinin direktoru Ləman Həsənzadə, audioloq Elmar Allahverdiyev, ABA terapist-pedaqoq Nəsibə Ağaverdiyeva çıxış ediblər.
Tədbir iştirakçılarına “Cochlear Azərbaycan” reabilitasiya və bərpa mərkəzinin fəaliyyəti, orada göstərilən xidmətlər, habelə eşitmə cihazları və koxlear implantın əhəmiyyəti haqqında məlumat verilib.
Qeyd edilib ki, ABA (Tətbiqi Davranış Terapiyası - Applied Behaviour Therapy) təlimi autizm spektr pozuntusu korreksiyasında, diqqət əksikliyi və hiperaktiv pozuntu, zəka yetərsizliyi kimi problemlərdə tətbiq oluna bilən çox vacib metoddur. Bu tip terapiya davranışın müşahidəsi, məqsədlərin müəyyən edilməsi, davranışın ölçülməsi, nəticələrin təhlili və davranışın effektiv şəkildə dəyişdirilməsi prosesini əhatə edir. ABA terapiya uşaqların idrak, ünsiyyət, dil və sosial bacarıqlarını inkişaf etdirməyə kömək edir və erkən yaşda başladıqda daha təsirli olur.
Sonda tələbələrin sualları cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 17 Aprel 2025 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















