Icma.az
close
up
RU
BDU da şəhid ailələrinin üzvləri ilə görüş

BDU da şəhid ailələrinin üzvləri ilə görüş

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 5 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində “Zəfər tarixini yazanlar” adlı tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Universitetin Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş minlərlə qəhrəman arasında BDU-nun 22 şəhid məzunu var. Onlardan dörd nəfəri - Əsəd Əsədov, Cavid Manafov, Ataməli Musaoğlu və Erkin Hüseynov Sosial elmlər və psixologiya fakültəsinin məzunu olub. Həm universitet, həm də fakültə rəhbərliyi tərəfindən şəhid məzunların xatirəsi daim uca tutulur, onların şərəfli ömür yoluna həsr edilmiş anım tədbirləri keçirilir, müntəzəm olaraq ailələrinə baş çəkilir və məzarları ziyarət olunur. Fakültədə təhsil alan şəhid və qazi övladları daim diqqətdə saxlanılır, onların qarşılaşdıqları çətinliklərin həlli istiqamətində müvafiq dəstək göstərilir. Dekan, həmçinin fakültədə çalışan əməkdaşlardan üç nəfərinin - Pedaqogika kafedrasının dosenti Gülarə Kərimova, laborantı Aysu Əmrahova və Sosiologiya kafedrasının laborantı Nigar Ağamalıyevanın şəhid ailəsi üzvləri olduğunu qeyd edib.

Fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova Sosiologiya kafedrasının laborantı Nigar Ağamalıyevanın həyat yoldaşı - 44 günlük Vətən müharibəsində həlak olmuş polkovnik-leytenant Nail Orucov haqqında danışıb. Şəhidin həyat yoldaşı Nigar Ağamalıyevaisə həyat yoldaşı ilə həmişə qürur duyduğunu, onun xatirəsini həmişə uca tutacağını bildirib.

Daha sonra Pedaqogika kafedrasının müdiri Ləzifə Qasımova və dosenti Səfurə Allahverdiyeva kafedranın dosenti Gülarə Kərimovanın həyat yoldaşı - Birinic Qarabağ müharibəsi şəhidi Aydın Manerovun döyüş və həyat yolundan söz açıblar. Bildiriblər ki, Aydın Manerov Ağdərənin Gödəkburun yüksəkliyi uğrunda gedən döyüşlərdə tabeliyində olan əsgərləri son nəfəsinədək müdafiə edib, özü isə qəhrəmancasına şəhid olub. Çıxış edənlər, həmçinin Pedaqogika kafedrasının laborantı Aysu Əmrahovanın atası şəhid Saməddin Əmrahovun Kəlbəcərin azad olunması uğrunda gedən döyüşlərdə göstərdiyi igidlikdən danışıblar.

Sonda şəhidlər - Aydın Manerov, Saməddin Əmrahov və Nail Orucovun xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see402

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see266

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see261

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see226

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see219

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see207

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see195

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see188

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see181

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see179

Kəpəz Sabah ın qonağıdır Heyətlər

15 Avqust 2026 19:52see179

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see177

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see174

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see173

La Liqa 2026/27 mövsümü: 15 16 avqust matçlarının təqvimi və rəqabət in TƏHLİLİ

15 Avqust 2026 16:26see173

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see172

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see171

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see166

Bu qidalar prostat xərçəngi riskini artırır

15 Avqust 2026 02:03see162

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri