Icma.az
close
up
RU
YAP Yasamal rayon təşkilatı BDU da tədbir keçirdi FOTOLAR

YAP Yasamal rayon təşkilatı BDU da tədbir keçirdi FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Bakı Dövlət Universitetində (BDU) “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu” mövzusunda tədbir təşkil olunub.

"Unikal" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

“Z.Xəlilov küç.33” ünvanı üzrə ərazi partiya təşkilatının sədri  Zahid Cəfərov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın hüquqi dövlət kimi formalaşmasının əsasını qoymuş böyük siyasi xadimdir. Onun hakimiyyətə qayıdışı ilə ölkədə siyasi sabitlik təmin edilib, hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atılıb. 1995-ci ildə qəbul olunmuş Konstitusiya hüquqi dövlətin möhkəm təməlini yaradıb, vətəndaş hüquq və azadlıqlarının qorunması prioritetə çevrilib, məhkəmə-hüquq sistemi yenidən qurulub, dövlət idarəçiliyində şəffaflıq və məsuliyyət artırılıb. Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir və Qarabağın azad olunması ölkədə hüquqi dövlət quruculuğunun uğurla başa çatdığını göstərir.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanda hüquqi dövlət quruculuğunun memarı kimi tarixə düşmüşdür. Onun rəhbərliyi ilə dövlətçilik ənənələri möhkəmləndirilib, qanunvericilik bazası beynəlxalq standartlara uyğunlaşdırılıb, insan hüquqları dövlət siyasətinin əsas istiqamətinə çevrilib. 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan zəfərlər hüquqi dövlət quruculuğu prosesində dönüş nöqtəsi hesab olunur.

YAP Veteranlar Şurasının üzvü, BDU-nun Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri Misir Mərdanov bildirib ki, Ulu Öndər Heydər Əliyev hüquqi dövlət quruculuğunu strateji hədəf kimi müəyyən edib. Onun təşəbbüsü ilə həyata keçirilən qanunlar dövlətin möhkəmlənməsinə xidmət edib, demokratik prinsiplər tətbiq olunub, vətəndaşların hüquqları qorunub və hüquqi maarifləndirmə işi genişləndirilib. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Qarabağın azad edilməsi Azərbaycanın suveren hüquqlarının bərpası deməkdir.

Hüquq fakültəsinin dekanı Zaur Əliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev hüquqi dövlət quruculuğunda müstəsna rol oynamış, dövlət idarəçiliyində qanunçuluq prinsipi möhkəmləndirilmiş, hüquqi sistem təkmilləşdirilmiş və insan hüquqlarının müdafiəsi gücləndirilmişdir. Qarabağda əldə olunan zəfər bu siyasətin nəticəsi olaraq Azərbaycanın bütün ərazilərində hüquqi sistemin bərqərar olduğunu göstərir.

Beynəlxalq ümumi hüquq kafedrasının professoru Əfsər Sadıqov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev hüquqi dövlət ideyasını Azərbaycanın inkişaf strategiyasına çevirmişdir. Onun həyata keçirdiyi islahatlar dövlətçiliyin möhkəmlənməsinə səbəb olub, qanunvericilik bazası gücləndirilib, insan hüquqları qorunub və hüquqi dövlət prinsipləri cəmiyyətə aşılanıb. Qarabağın azad edilməsi milli qürur mənbəyi olmaqla yanaşı, hüquqi dövlətin gücünü bir daha bütün dünyaya göstərdi.

Cinayət prosesi kafedrasının professoru Midhət Qəfərov və Cinayət hüququ və Kriminologiya kafedrasının dosenti Məleykə Bayramova çıxışlarında Ümumilli Liderin hüquqi dövlət quruculuğundakı rolunu, qanunçuluq prinsiplərinin möhkəmləndirilməsini, hüquqi islahatların genişləndirilməsini və Qarabağın azad olunmasının konstitusion hüquqların təminatında əhəmiyyətini qeyd ediblər.

Çıxışlardan sonra Hüquq fakültəsinin professoru Əfsər Sadıqova 60 illik yubileyi münasibətilə və partiyada ictimai-siyasi fəaliyyətinə görə fəxri fərman təqdim olunub.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Mart 2026 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri