Icma.az
close
up
RU
​BDU da TƏHSİL HAQQI 7600 MANAT OLDU “Mühazirələr kosmosdan yayımlanacaq?”

​BDU da TƏHSİL HAQQI 7600 MANAT OLDU “Mühazirələr kosmosdan yayımlanacaq?”

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində əlavə təhsil forması üzrə təhsil haqqı artırılıb.

Bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.

Məlumata görə, Hüquq fakültəsində ikinci ali təhsil üzrə illik təhsil haqqı 5500 manatdan 7600 manata qaldırılıb. Beləliklə, illik ödəniş 2100 manat artıb.

Qeyd edək ki, sözügedən ixtisas üzrə təhsil müddəti 3 ildir. Əvvəlki tariflərlə tələbələr üç il ərzində ümumilikdə 16500 manat ödəyirdilər. Yeni qiymətlərə əsasən isə bu məbləğ 22800 manat təşkil edəcək. Başqa sözlə, təhsil müddəti ərzində ümumi ödənişdə fərq 6300 manat olacaq...

Təhsil eksperti: “Universitetlər lüks avtomobillər və ya daşınmaz əmlak satan kommersiya holdinqləri deyil, dövlətin elmi potensialını formalaşdıran elm ocaqlarıdır”

Bu barədə təhsil eksperti Əmrah Həsənli “AzPolitika”ya şərhində bildirib ki, Bakı Dövlət Universitetinin təkrar ali təhsil üzrə hüquq fakültəsində təhsil haqqını birdən-birə 5500 manatdan 7600 manata qaldırması sadəcə iqtisadi bir tənzimləmə deyil, təhsilimizin fəlsəfəsinə və əlçatanlığına vurulan növbəti ağır zərbədir: “Bir ildə qiymətin 2100 manat, yəni təxminən 40 faizə yaxın süni şəkildə artırılmasının arxasında hansı real xərc amilinin dayandığını heç bir məntiqi və elmi arqumentlə izah etmək mümkün deyil. Universitet rəhbərliyi yəqin ki, bu artımı bazar iqtisadiyyatı, tələb-təklif qanunauyğunluğu və ya hüquq ixtisasına olan həddindən artıq böyük maraqla əsaslandırmağa çalışacaq, lakin unudurlar ki, universitetlər lüks avtomobillər və ya daşınmaz əmlak satan kommersiya holdinqləri deyil, dövlətin elmi potensialını formalaşdıran elm ocaqlarıdır”.

Ekspert qeyd edib ki, əgər biz tələbəyə gələcəyin ziyalısı, dövlətin kadr potensialı kimi yox, sadəcə universitet büdcəsini dolduran bir “müştəri” kimi baxmağa davam edəcəyiksə, onda təhsilin keyfiyyətindən və milli inkişafdan danışmağımıza dəyməz: “Ölkədə ikinci ali təhsil almaq istəyən şəxslər onsuz da həyatda müəyyən yer tutmuş, öz sahəsini dəyişmək və ya hüquqi biliklərə yiyələnərək dövlətə xidmət etmək istəyən vuruşan, çalışan gənclər və vətəndaşlardır. Biz isə onların önünə elə bir fantastik rəqəm qoyuruq ki, orta statistik azərbaycanlı ailəsi gərək bir il ərzində yeməsin, içməsin, yaşamasın və bütün qazancını gətirib universitetin kassasına ödəsin”.

Ə. Həsənlinin sözlərinə görə, məsələnin digər və ən ağrılı tərəfi həm də bu qiymətin təyin olunmasının verilən təhsilin keyfiyyəti ilə nə dərəcədə üst-üstə düşməsidir: “Gəlin tam dürüst olaq, bir illik təhsil haqqı 7600 manat olan bir fakültə tələbəyə hansı beynəlxalq standartları, unikal imkanları vəd edir? Bu gün dünyada hamının həsəd apardığı aparıcı universitetlərdə belə qiymətlər tənzimlənərkən tələbənin gələcək qazanc potensialı, elmi laboratoriyaların səviyyəsi və auditoriya şəraiti nəzərə alınır. BDU-da qiymət 2100 manat artırılarkən mühazirələr birbaşa kosmosdan yayımlanmağa başlayacaq, yoxsa tələbələrə qızıldan partalar veriləcək? Əlbəttə ki, yox. Tədris proqramı eyni, metodika eyni, binanın şəraiti eynidir”.

“Bu təhsil haqqını ödəyib məzun olan gənc sabah hansı maaşla, neçə ilə universitetə tökdüyü bu sərmayəni geri qaytaracaq? Biz təhsili belə fantastik qiymətlərlə əlçatmaz etməklə savadlı gənclərin intellektual xəyallarını baltalayırıq və diplomu sadəcə varlı təbəqənin ala biləcəyi bir lüks əşyaya çeviririk. Əgər rəqəmlər kosmosa uçursa, amma dərsliklərin keyfiyyəti, praktiki imkanlar və təhsilin idarə olunması hələ də yerində sayırsa, deməli burada məqsəd təhsil keyfiyyətini qaldırmaq yox, sadəcə vətəndaşın cibinə girməkdir. Biz hər zaman vurğulayırıq ki, dövlətin və millətin gələcəyi elmin əlçatanlığından asılıdır, universitetləri gəlir mənbəyinə çevirmək isə təhsilimizin reallığı ilə tamamilə ziddiyyət təşkil edir və bu süni artım dərhal yenidən nəzərdən keçirilməlidir”, - deyə ekspert əlavə edib.

Qeyd edək ki, məsələ ilə bağlı Bakı Dövlət Universitetinə ünvanladığımız sorğu cavabsız qalıb.

E. Bəyməmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 İyun 2026 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri