Icma.az
close
up
RU
BDU da “Türk dünyasının coğrafiyası” ixtisaslaşması açılır

BDU da “Türk dünyasının coğrafiyası” ixtisaslaşması açılır

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 3 iyul, AZƏRTAC

2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində magistratura səviyyəsində “Türk dünyasının coğrafiyası” ixtisaslaşması üzrə kadr hazırlığına başlanılacaq.

BDU-dan AZƏRTAC-a bildirilib ki, Türk dünyasının coğrafiyası türk dövlətləri və xalqlarının tarixi-coğrafi, iqtisadi və sosial inkişafını, təbii-coğrafi xüsusiyyətlərini, mədəni irsini, inteqrasiya proseslərini və geosiyasi əhəmiyyətini öyrənən mühüm elmi istiqamətlərdən biridir. Müasir dövrdə türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi, ortaq elmi və mədəni layihələrin həyata keçirilməsi, eləcə də Türk dünyasının beynəlxalq münasibətlər sistemində rolunun artması bu sahədə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını zəruri edir.

Yeni ixtisaslaşma çərçivəsində magistrantlar türk dövlətlərinin və xalqlarının tarixi-coğrafi inkişaf xüsusiyyətləri, təbii ehtiyatları, iqtisadi və sosial coğrafiyası, regional əməkdaşlığı, mədəni irs və inteqrasiya prosesləri üzrə dərin nəzəri biliklərə və praktik bacarıqlara yiyələnəcəklər. Onlar Türk dünyası ilə bağlı elmi araşdırmalar aparmaq, analitik təhlillər hazırlamaq, müxtəlif layihələrdə iştirak etmək, əldə etdikləri nəticələri Azərbaycan və digər türk dillərində şifahi və yazılı formada təqdim etmək bacarığı qazanacaqlar.

Tədris prosesində magistrantlara müasir elmi metodologiyalar əsasında tədqiqat aparmaq, beynəlxalq elmi əməkdaşlıqlarda iştirak etmək, türk dövlətləri ilə bağlı elmi və tətbiqi layihələrdə çalışmaq, elmi məqalələr hazırlamaq və beynəlxalq platformalarda təqdimatlar etmək imkanları yaradılacaq.

“Türk dünyasının coğrafiyası” ixtisaslaşmasının məzunları Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının türk dövlətlərindəki səfirlik və konsulluqları, beynəlxalq təşkilatlar, elmi-tədqiqat mərkəzləri, ali təhsil müəssisələrində, turizm və mədəni irs sahəsində fəaliyyət göstərən dövlət və özəl qurumlar, qeyri-hökumət təşkilatları, eləcə də Türk dünyası ilə bağlı layihələrin həyata keçirildiyi müxtəlif platformalarda peşəkar fəaliyyət göstərə biləcəklər.

Yeni ixtisaslaşma Türk dünyasının tarixi, coğrafiyası və mədəni irsinin elmi əsaslarla öyrənilməsinə, bu istiqamətdə müasir çağırışlara cavab verən mütəxəssislərin hazırlanmasına, həmçinin türk dövlətləri arasında elmi, mədəni və humanitar əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyul 2026 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see293

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see282

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see279

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see274

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see274

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see269

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see260

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see259

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see253

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see252

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see234

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see229

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see228

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see228

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see225

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see217

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see216

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see213

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri