Icma.az
close
up
RU
BDU da “Ümummilli Lider Heydər Əliyev: müstəqil Azərbaycan dövlətçiliyinin siyasi ideoloji təməllərinin memarı” adlı tədbir

BDU da “Ümummilli Lider Heydər Əliyev: müstəqil Azərbaycan dövlətçiliyinin siyasi ideoloji təməllərinin memarı” adlı tədbir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 21 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsi və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon “Z.Xəlilov küç. 33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev: müstəqil Azərbaycan dövlətçiliyinin siyasi-ideoloji təməllərinin memarı” mövzusunda tədbir keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, YAP Yasamal rayon “Z.Xəlilov küç. 33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri professor Zahid Cəfərov 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının Azərbaycanın dövlətçilik tarixində Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinin və dövlətçilik strategiyasının davamlılığının göstəricisi olduğunu deyib. Qeyd edib ki, Ulu Öndər ölkədə siyasi sabitliyi bərpa edərək inkişafın təməlini yaradıb, milli kimlik və müasirlik arasında harmoniyanı təmin edən ideoloji xətt formalaşdırıb. Bu gün Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Azərbaycanı beynəlxalq arenada etibarlı tərəfdaşa çevirib. Bu ideoloji-siyasi irs hazırda da ölkənin inkişafını istiqamətləndirən əsas dayaqlardandır. Prezident İlham Əliyev məhz bu böyük məktəbin davamçısı kimi Heydər Əliyev siyasətini yeni dövrün tələblərinə uyğun şəkildə zənginləşdirməklə tarixi Zəfərin qalib Ali Baş Komandanına çevrilib. İndi Azərbaycanın yeni reallığı qalibiyyət, beynəlxalq nüfuzun yüksəlişi və liderlikdir.

Şərqşünaslıq fakültəsinin dekanı dosent Aydan Xəndan qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin siyasi və ideoloji sütunlarını müəyyənləşdirərək ölkənin gələcək inkişaf yolunu xüsusi dəqiqliklə müəyyən edib. O, ağır tarixi şəraitdə xalqı parçalanmaq təhlükəsindən xilas edən xilaskar lider kimi yaddaşlara həkk olunub. Ulu Öndər milli həmrəyliyi gücləndirmək üçün ardıcıl və prinsipial addımlar atmaqla əsas ideoloji xətti olan azərbaycançılığı bütün dünyaya tanıdıb. Ümummilli Lider Heydər Əliyevin siyasi düşüncə sistemi sabitlik, strateji planlaşdırma və məsuliyyət üzərində qurulub. Bu xətt dövlət idarəçiliyində etibarlı yol xəritəsinə çevrilərək ölkəmizi inamla sabaha aparır.

Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının müdiri professor Rüfət Rüstəmov milli ideyanın real siyasi məzmun qazanmasına nail olan Ulu Öndərin çətinlikləri strateji müdrikliklə aradan qaldırdığını bildirib. Ulu Öndərin müstəqilliyin qorunmasını Azərbaycan üçün ali siyasi dəyər kimi qəbul etdirərək, milli maraqları təmin edən güclü idarəçilik sistemi yaratdığını qeyd edib.

Tədbir Ulu Öndərin əsasını qoyduğu azərbayçancılıq ideologiyasının bugünkü inkişaf perspektivlərinə dair müzakirə ilə davam edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see200

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see174

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see144

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri