Icma.az
close
up
RU
BDU nun tələbələri “İƏT Modeli 2025” layihəsi çərçivəsində simulyasiya konfransında iştirak ediblər

BDU nun tələbələri “İƏT Modeli 2025” layihəsi çərçivəsində simulyasiya konfransında iştirak ediblər

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 23 dekabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU), İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) və Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli Beynəlxalq Münasibətlər Akademiyası – 2025” layihəsi çərçivəsində İƏT Xarici İşlər Nazirləri Konfransının növbəti simulyasiyası təşkil olunub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, simulyasiya zamanı gənc iştirakçılar İƏT-ə üzv ölkələri təmsil edən işçi qruplara bölünərək, regional təhlükəsizlik, nəqliyyat dəhlizlərində İƏT ölkələrinin rolu, birlik və davamlı inkişaf üçün mövcud çağırışlar kimi aktual mövzular ətrafında müzakirələr aparıblar. Müzakirələrin yekununda müvafiq qətnamələr qəbul edilib.

Simulyasiya konfransının nəticələrinə əsasən, müxtəlif nominasiyalar üzrə 10 nəfər iştirakçı fərqlənərək qalib elan olunub.

Qeyd edək ki, bu ilin oktyabr ayında fəaliyyətə başlayan “İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası – 2025” layihəsi çərçivəsində İƏT ölkələrini Azərbaycanda təmsil edən diplomatik missiya rəhbərləri, eləcə də yerli dövlət rəsmiləri və sahə üzrə ekspertlər tərəfindən 6 həftə ərzində proqram iştirakçıları üçün beynəlxalq münasibətlər, dövlət quruculuğu, islam sivilizasiyası, İƏT-in qlobal miqyasda rolu, milli dövlətçiliyin əsasları və digər aktual mövzular üzrə mühazirələr təqdim olunub.

Xatırladaq ki, ötən illər ərzində azərbaycanlı tələbələr İƏT-ə üzv 40-dan artıq ölkə nümayəndəsinin qatıldığı “Beynəlxalq İƏT Modeli” yarışmalarında Azərbaycanı uğurla təmsil ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see124

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri