Icma.az
close
up
RU
BDU da xalqımızın tarixi Zəfərinin beşinci ildönümünə həsr olunmuş elmi seminar keçirilib

BDU da xalqımızın tarixi Zəfərinin beşinci ildönümünə həsr olunmuş elmi seminar keçirilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində xalqımızın Vətən müharibəsində tarixi Zəfərinin beşinci ildönümünə həsr olunmuş elmi seminar keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Kəmalə Nəcəfova Vətən müharibəsi və qazandığımız tarixi Zəfər xalqımızın milli dövlətçilik salnaməsinin ən şərəfli səhifələrindən biri olduğunu qeyd edib. Bu qələbəni şərtləndirən amilllər Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi, ordumuzun rəşadəti, “Dəmir yumruq”dan ilhamlanan xalqın əzmi, xalq-iqtidar birliyi, dövlətin iqtisadi gücü və müasir ordu quruculuğudur. Zəfər tarixinin hər bir səhifəsinin dərindən araşdırılması, bununla bağlı tədqiqatların aparılması və gələcək nəsillərə çatdırılması üçün tarixçi alimlərin də üzərinə böyük məsuliyyət düşür.

Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudov “Qalib xalq adını özümüzə qaytaran tarixi qələbə” mövzusunda məruzə edib. Məruzədə Azərbaycanın əzəli torpağı olan Qarabağın ən qədim çağlardan müasir dövrə kimi tarixinə ümumi nəzər salınıb, Qarabağın ərazisi, əhalisi, inzibati-ərazi bölgüsü, sosial-iqtisadi vəziyyəti və siyasi həyatı geniş təhlil olunub. Ermənilərin Qarabağın dağlıq hissəsini Azərbaycandan ayırmaq üçün irəli sürdüyü ərazi iddialarının əsassızlığı mötəbər mənbələr əsasında seminar iştirakçılarına çatdırılıb.

Elmi seminarın əsas hissəsi 2020-ci ildə Zəfərlə başa çatan Vətən müharibəsinə həsr olunub. Seminarda Vətən müharibəsinin başlanması, Azərbaycan torpaqlarının qəhrəman ordumuz tərəfindən işğaldan azad edilməsi, müharibə dövründə Prezident İlham Əliyevin diplomatik sahədə əldə etdiyi böyük uğurlar, dost dövlətlərin Azərbaycana dəstəyi və digər ölkələrin müharibəyə münasibəti, beynəlxalq təşkilatların mövqeyi, dünya mediasında müharibənin əks olunması, Ermənistanı təslim olmağa vadar edən 10 noyabr Bəyanatı, postmünaqişə dövründə bölgədə yaranmış yeni reallıqlar, Azərbaycan-Türkiyə qardaşlığı və Şuşa Bəyannaməsi, “Böyük Qayıdış” Proqramı çərçivəsində həyata keçirilən tədbirlər kimi mühüm məsələlərə toxunulub.

Seminarda Tarix fakültəsinin professor-müəllim heyəti, doktorant və tələbələri, AMEA Tarix və Etnologiya İnstitutunun əməkdaşları iştirak ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri