Stokholmda Azərbaycanın Qarabağ müharibəsində Zəfərinin beşinci ildönümünə həsr olunmuş videokonfrans keçirilib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Stokholm, 30 avqust, Nərgiz Cəfərli, AZƏRTAC
Avqustun 30-da İsveçin paytaxtı Stokholm şəhərində Azərbaycanın Qarabağ müharibəsində Zəfərinin beşinci ildönümünə həsr olunmuş “Zəfərin xronikası: Qalib xalqın Müzəffər lideri” mövzusunda beynəlxalq videokonfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, 70-ə yaxın qonağın iştirak etdiyi tədbirin təşkilatçıları qismində Dünya Azərbaycanlıları Beynəlxalq Fondu (İsveç), İsveç Azərbaycanlıları Konqresi, Qafqaz Universiteti (Türkiyə), Türk Dünyası Mədəniyyət və İncəsənət Nəşriyyatı (Türkiyə) çıxış ediblər.
Konfransda Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun həmtəsisçisi Emil Mirzəyev, bu fondun baş katibi professor Hikmət Cavadov, Azərbaycan Respublikasının İsveç Krallığında səfirliyinin əməkdaşı Orxan Nemətov, Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova və başqaları çıxış ediblər.
Tədbir Azərbaycanın Qələbəsinin tarixi rolunun müzakirəsi, elm, mədəniyyət və xalq diplomatiyası sahələrində beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün mühüm platformaya çevrilib.
Tədbir iştirakçıları qeyd ediblər ki, Qarabağda qazanılan Qələbə xalqın birlik və iradəsi, öz Vətəninə sarsılmaz inamı sayəsində mümkün olub, Azərbaycanın rəşadətli Ordusu isə cəsarətli və qətiyyətli hərəkət edərək bu birliyi tarixi Zəfərə çevirə bilib.
Vurğulanıb ki, Qələbənin qazanılmasında xüsusi rol özünü islahatçı-lider kimi təsdiq etmiş, 1990-cı illərin əvvəlində əldə olunmuş müstəqilliyi qoruyub saxlamaqla yanaşı, həm də XXI əsrdə ölkənin inkişaf yolunu yenidən müəyyənləşdirmiş Prezident İlham Əliyevə məxsusdur. Onun prezidentliyi əsası Heydər Əliyev tərəfindən qoyulmuş siyasi bünövrəyə söykənən, eyni zamanda iqtisadiyyatın şaxələndirilməsi, hərbi modernləşmə və fəal diplomatik fəaliyyətin cəsarətli strategiyalarını həyata keçirən ardıcıllıq və novatorluğun incə vəhdəti ilə seçilir.
Milli kimliyin qorunub saxlanmasına, vətənlə əlaqələrin möhkəmləndirilməsinə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına fəal töhfə verən Azərbaycan diasporunun Avropadakı roluna da diqqət yetirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 30 Avqust 2025 20:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















