Icma.az
close
up
RU
BDU da Xocalı faciəsinə həsr edilmiş xüsusi dərs

BDU da Xocalı faciəsinə həsr edilmiş xüsusi dərs

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 26 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş xüsusi dərs təşkil edilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Vətənimizin azadlığı uğrunda şəhid olan bütün soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xüsusi dərs Birinci Qarabağ müharibəsinin veteranı, BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri dosent Knyaz Aslanın mühazirəsi ilə davam edib. Knyaz Aslan ermənilərin tarixən xalqımıza qarşı apardığı düşmənçilik siyasətindən, törətdikləri qanlı cinayətlərdən bəhs edib. Mühazirədə Ermənistanın işğalçılıq siyasəti, Xocalı soyqırımının başvermə səbəbləri, soyqırım qurbanları barədə tələbələrə dolğun informasiya verilib. Kafedra müdiri faciəyə hüquqi-siyasi qiymətin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra verildiyini xüsusi vurğulayıb. Həmçinin soyqırımı həqiqətlərinin dünyada tanıdılmasında Heydər Əliyev Fondunun fəaliyyətinin, Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Xocalı soyqırımının baş verdiyi dövrdə jurnalist kimi fəaliyyət göstərən Knyaz Aslan müxtəlif mətbuat orqanlarında bu mövzuda yazdığı məqalələrdən sitat gətirib, eyni zamanda, faciə günlərində gündəliyinə etdiyi tarixi qeydləri oxuyub. Knyaz Aslan qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər nəticəsində bütün şəhidlərimizin, o cümlədən Xocalı soyqırımı qurbanlarının qisası alınıb, ərazi bütövlüyümüz bərpa edilib: “Bu gün azad Xocalıda üçrəngli Bayrağımız qürurla dalğalanır. Xocalı sakinləri artıq öz doğma yurdlarına qayıdıblar, orada yaşayırlar, qurub-yaradırlar. Bu, böyük xoşbəxtlikdir”.

Sonra İnformasiya və sənəd menecmenti fakültəsinin tələbəsi – əslən Xocalıdan olan İlahə Qənbərova öz təəssüratlarını bölüşüb. Bildirib ki, faciə zamanı bir çox yaxın qohumu vəhşicəsinə qətlə yetirilib, əsir götürülüb. İlahə Qənbərova artıq ailəsinin Xocalıda yaşadığını, özünün də dəfələrlə doğma yurdunda olduğunu deyib: “Bu gün Xocalı yenidən qurulur, abadlaşır. Bütün bunlar möcüzədir. Şəhidlərimizin ruhu şad, qazilərimiz var olsun”.

Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Fevral 2026 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri