Icma.az
close
up
RU
BDU dan ekoloji təşəbbüs: Tuqay meşələri tədqiq olunur

BDU dan ekoloji təşəbbüs: Tuqay meşələri tədqiq olunur

Icma.az bildirir, Aznews.az saytına əsaslanaraq.

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Yusif Abiyev və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Türkiyə, Asiya və Qafqaz üzrə regional nümayəndəliyinin meşəçilik üzrə eksperti Cuma Uykunun həmmüəllifliyi ilə “Azərbaycan meşələrində biokütlə və karbontutma potensialının hesablaması metodologiyası” adlı kitabça nəşr olunub.

BDU-dan bildirilib ki, kitabça Regional İnkişaf İctimai Birliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsinin “Tuqay meşələrinin karbontutma potensialının qiymətləndirilməsi, meşə ekosisteminin bərpası” layihəsi çərçivəsində hazırlanıb.

Tədqiqatların aparılması və kitabçanın hazırlanmasında BDU-nun Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin üzvləri Nəzirə Abbasova, Fariz Həsənalıyev, Aydan Vəliyeva fəal iştirak ediblər.

Kitabça Tuqay meşələrinin biomüxtəliflik və ekosistem xidmətləri baxımından əhəmiyyətini ön plana çəkərək, onların karbonsaxlama potensialını qiymətləndirən sistemli metodologiyanı təqdim edir. Kitabçada meşə biokütləsinin və karbon ehtiyatlarının hesablanması üçün beynəlxalq standartlara uyğun yanaşmalar, o cümlədən yerüstü və yeraltı biokütlə, ölü odun və torpaq üzvi karbonunun qiymətləndirilməsi, allometrik tənliklərin yaradılması metodikası izah olunub. Kitabçadan ətraf mühit, meşəçilik, biologiya üzrə çalışan mütəxəssislər, həmçinin tədqiqat aparan magistrant və doktorantlar istifadə edə bilərlər.

Layihə çərçivəsində Kür çayı boyunca yayılmış Tuqay meşələri, xüsusilə Qarayazı Dövlət Təbiət Qoruğunun karbontutma potensialı öyrənilib və kitabçada öz əksini tapıb. Samur-Yalama Milli Parkının meşələrində aparılan karbon ehtiyatlarının qiymətləndirilməsi nəticəsində ilk dəfə düzən meşələrinin karbontutma potensialı üçün “Azərkosmos”un peyk görüntülərini analiz etməyə imkan verən spesifik allometrik tənlik təklif edilib.

Qeyd edək ki, layihə çərçivəsində ötən ilin noyabr ayında BDU-da müvafiq təşkilatların mütəxəssisləri, müəllimləri və tələbələri üçün metodologiya üzrə xüsusi təlimlər keçirilib.

AzNews.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 06 Fevral 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see143

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see141

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see140

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see137

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see133

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see131

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see128

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see128

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see125

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see125

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see124

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see122

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see120

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see116

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see116

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see116

Kikboksçuların iştirakı ilə Ulu Öndərə həsr olunmuş xatirə turniri keçirilir FOTOLAR

13 Aprel 2025 14:13see114

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see113

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see113

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri