Icma.az
close
up
RU
Üç ayda neft hasilatı 400 min ton azalıb DSK birinci rübün yekunlarını açıqladı

Üç ayda neft hasilatı 400 min ton azalıb DSK birinci rübün yekunlarını açıqladı

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət Statistika Komitəsi (DSK) 2025-ci ilin ilk üç ayına dair iqtisadi göstəriciləri açıqlayıb. Hesabatda vurğulanır ki, neft hasilatında uzun müddətdir müşahidə olunan azalma bu il də eyni templə davam edir.

Hesabatı şərh edən iqtisadçı Rövşən Ağayev bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 400 min ton azalma qeydə alınıb. Onun sözlərinə görə, əgər bu tendensiya ilin sonuna qədər davam etsə, ümumi azalma 1,5 milyon ton səviyyəsində olacaq. 

Ekspert xatırladır ki, 2020–2024-cü illər ərzində Azərbaycanın xam neft hasilatı 5 milyon ton azalıb: “Əgər bu il də proqnozlaşdırılan azalma baş verərsə, son beş ildə ümumilikdə təxminən 7 milyon ton, yəni 20 faizə yaxın azalma qeydə alınacaq. Qeyd edim ki, 2015–2020-ci illər dövründə də hasilatda 7 milyon tonluq geriləmə yaşanmışdı.”

Rövşən Ağayevin fikrincə, əgər pandemiya və Rusiya–Ukrayna müharibəsi baş verməsəydi, qaz hasilatındakı artıma baxmayaraq, Azərbaycan postneft dövrünün əlamətlərini daha erkən hiss edə bilərdi. 

“Əgər qlobal hərbi qarşıdurmalar olmasa, yaxın dövrdə enerji bazarlarında yaranmış 'qiymət köpükləri'nin tədricən dağılması, resurslardan asılı ölkələr üçün ciddi çətinliklər yaradacaq. Bu prosesə əsas təsir isə elektromobilləşmənin sürətlə yayılması və qlobal iqtisadi artımın zəifləməsindən qaynaqlanacaq,” – deyə iqtisadçı vurğulayıb.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Aprel 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri