Icma.az
close
up
RU
Pensiya ilə bağlı mühüm xəbər Yığılan pulu necə tez ala bilərik? KONKRET

Pensiya ilə bağlı mühüm xəbər Yığılan pulu necə tez ala bilərik? KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son məlumatlara görə, Azərbaycanda özəl pensiya sisteminin 2026-cı ilin əvvəlindən fəaliyyətə başlayacağı gözlənilir. Hazırda isə pensiya kapitalından istifadə yaşı əsas müzakirə obyektidir. Bu istiqamətdə fərqli fikirlər var. Kimisi 50-55 yaşda ödənişlərə əlçatanlığı təklif edir, kimisi isə daha erkən yaş dövrünün məqbul olduğunu deyir.

Özəl fondlarla bağlı dünya təcrübəsi necədir? Əslində hansı yaşdan etibarən pensiya kapitalımızdan istifadə etməliyik?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, özəl pensiya fondları barədə müxtəlif praktikalar mövcuddur:

“Məsələn, Böyük Britaniyada 55, ABŞ-da 59,5, Avropa İttifaqında (Aİ) 60-65 yaş arasında bu hüquq yaranır. Azərbaycanda ümumiyyətlə, pensiyaya çıxma yaşı həddən artıq yüksəkdir. Kişilərdə bu rəqəm 65-dir, qadınlarda isə 2027-ci ilə qədər belə olacaq. Yəni ölkəmizdə pensiya yaşının 6 aydan bir artırılması düzgün deyil. Təbii ki, özəl pensiya fondlarında bir qədər yumşalma olmalıdır. Onsuz da icbari pensiya sistemi sərtdir. Orta yaş müddətini 74 götürsək, vətəndaşlar cəmi doqquz il ortalama pensiya almaq hüququna malikdirlər”.

İqtisadçı bildirib ki, hazırkı pensiya yaşı Avropa ilə eyniləşdirilsə də, Azərbaycanda gözlənilən ömür müddəti onlarla müqayisədə 8-9 il azdır:

“Bu, əlbəttə, texniki səhv deyil. Lakin özəl pensiya fondlarında yaş həddi daha erkən olmalıdır. Fikrimcə, özəl pensiya fonduna giriş hüququ üçün 55 yaş kifayət qədər yaxşıdır. Ən azından vətəndaş yığdığı pullardan ortalama 20 il istifadə edə bilsin. Həm də nəzərə almalıyıq ki, özəl pensiya fonduna vəsaiti özümüz toplayırıq. Hər ölkə pensiya siyasətini özünə uyğun dizayn edir. Yəni vahid qayda yoxdur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Aprel 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri