Icma.az
close
up
RU
BDU dünyanın ən reytinqli universitetlərindən biri oldu

BDU dünyanın ən reytinqli universitetlərindən biri oldu

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) 2026-cı il üçün dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısını açıqlayıb. 

Gununsesi.info xəbər verir ki, 2191 ali təhsil müəssisəsinin yer ala bildiyi reytinq siyahısında Bakı Dövlət Universiteti (BDU) 1501+ diapazonunda qərarlaşıb və ölkə üzrə ikinci ən yüksək nəticəyə nail olub.

Qeyd etmək lazımdır ki, THE-nin 2026-ci il üçün dərc olunan reytinq nəticələrinə əsasən, BDU-nun “Tədris” (“Teaching”) indikatoru üzrə göstəricisi 22.9-dan 30.1-ə yüksəlib (31.4%). “Tədqiqat mühiti” (“Research Environment”) indikatoru üzrə göstərici isə 9.1-dən 10.1-ə çatıb (11%). Eyni zamanda, “Tədqiqat keyfiyyəti” (“Research Quality”) indikatoru üzrə qiymətləndirmə nəticəsi 17.8-dən 21.2-yə (19.1%), “Sənaye əlaqələri” (“Industry Income”) üzrə göstərici isə 19-dan 21-ə yüksəlib (10.5%). Bununla yanaşı, “Beynəlxalq perspektiv” (“International Outlook”) indikatoru üzrə göstərici 38-dən 45.4-ə çataraq (19.5%) artım nümayiş etdirib.

Məlumat üçün bildiririk ki, BDU THE tərəfindən dərc olunan “THE Dayanıqlılıq Reytinqində” (“THE Impact Ranking”) 401–600, “THE Fənlərarası Elm Reytinqi”ndə (“THE Interdisciplinary Science Ranking”) 201–250, fizika elmləri üzrə fənn reytinqində 1001+ və mühəndislik üzrə fənn reytinqində 1001–1250 diapazonunda yer alır. Bu nəticələr BDU-nun akademik fəaliyyəti, tədqiqat potensialı və dayanıqlılıq təşəbbüslərinin beynəlxalq səviyyədə tanındığını göstərir.

Firuzə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Oktyabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri