BDU əməkdaşları DIRNA layihəsi çərçivəsində növbəti tədbirdə iştirak ediblər
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının əməkdaşları BDU-nun tərəfdaş olduğu Avropa Komissiyası tərəfindən maliyyələşən “Azərbaycanda İnstitusional Repozitoriyalar şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişafı” (DIRNA) adlı layihə çərçivəsində “Təhsil və tədqiqatda süni intellekt” mövzusunda keçirilən onlayn tədbirdə iştirak ediblər.
İzmir Yüksək Texnologiya İnstitutunun kitabxana direktoru Gültekin Gürdal süni intellektin mahiyyəti, məqsədi, üstünlükləri, süni intellekt texnologiyalarının tədris və akademik tədqiqat prosesinə inteqrasiya olunması mexanizmləri və s. haqqında təqdimatla çıxış edib. O, süni intellektin məqsədinin insan zəkasının təqlidi deyil, kompüter proqramlarını daha ağıllı etmək, insan zəkasının da edə bildiyi tapşırıqları daha sürətli, dəqiq və şəffaf yerinə yetirə bilən avtomatlaşdırılmış sistemlər yaradılması olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 23 Yanvar 2025 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















