Icma.az
close
up
RU
BDU da ədəbi bədii gecə: Ömrün səhifələri

BDU da ədəbi bədii gecə: Ömrün səhifələri

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 30 aprel, AZƏRTAC

Tanınmış bəstəkar, Bakı Dövlət Universitetinin (BDU) Asiya və Afrika ölkələrinin tarixi kafedrasının müdiri İqbal Ağayevin “Ömrün səhifələri” adlı ədəbi-bədii gecəsi keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, gecədə İqbal Ağayevin musiqiləri Azərbaycanın sevilən sənətkarlarının ifasında səslənib.

Ədəbi-bədii gecədə əvvəlcə BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin solisti Pərviz Ağayev musiqisi İqbal Ağayevə məxsus “Bakı Dövlət Universiteti” himnini səsləndirib.

Sonra bəstəkarın həyat və fəaliyyəti barədə videoçarx nümayiş olunub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, tanınmış dilçi alim, şairə Mahirə Nağıqızı musiqinin daim ruhun qidası olduğunu bildirib. O, İqbal Ağayevin əsərlərinin də ən çətin və xoş anlarda insana güc verdiyini deyib, onun tanınmış tarixçi, bəstəkar olmaqla yanaşı, dəyərli bir insan olduğunu qeyd edib.

BDU-nun rektoru Elçin Babayev isə İqbal Ağayevi “tarixçilər içində ən yaxşı bəstəkar, bəstəkarlar içində ən yaxşı tarixçi” kimi xarakterizə edib, bəstəkara və gecədə iştirak edən qonaqlara təşəkkür edib.

Daha sonra Xalq artistləri İlqar Muradov, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Samir Cəfərov, Əməkdar artist Arzu Əliyeva, beynəlxalq mükafatlar laureatı Aynur İsgəndərli, gənc ifaçı Sübhan Məmmədzadə bəstəkarın “Bu gecə”, “Qocaldım, ana”, “Vətəndir”, “Vaxt var”, “Nə yaxşı ki”, “Ulu türk”, “Sevginin dili”, “Ana məhəbbəti”, “Səni axtarıram”, “Nə oldu sənə”, “Ad günü”, “Yaxşı ki varsan, universitetim” kimi sevilən mahnılarını ifa ediblər.

Cahangir Cahangirov adına 35 nəfərlik heyətdən ibarət xor qrupu Əməkdar müəllim Təranə Yusifovanın bədii rəhbərliyi ilə “Vətəni anlat” balladasını ilk dəfə bu ədəbi-bədii gecədə təqdim edib.

Gecədə universitetin əməkdaş və tələbələri ilə yanaşı, Albaniyanın Azərbaycandakı səfiri Besart Kadia, İqbal Ağayevin sənət dostları, bəstələdiyi mahnıların sözlərinin müəllifləri Kəmalə Abiyeva, Yaqut Sadıqova, Bəxtiyar Paşayev və başqaları iştirak ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2026 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri