BDU nun baş müəllimi vəfat etdi
News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının baş müəllimi İlham Baxış oğlu Əliyev vəfat edib.
News24.az xəbər verir ki, İlham Baxış oğlu Əliyev 1962-ci ildə Mingəçevir şəhərində anadan olub. 1969-1979-cu illərdə Mingəçevir şəhər 1 saylı orta məktəbdə, 1983-1988-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsində təhsil alıb.
O, 1993-cü ildən BDU-nun İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının baş müəllimi işləyib. 2015-ci ildən həmin kafedranın müdir müavini idi.
İlham Baxış oğlu Əliyevin tədqiqat sahəsi Azərbaycan və ingilis dillərində saytərkibli söz birləşmələri olub.
BDU rəhbərliyi və kollektivi İlham Baxış oğlu Əliyevin vəfatından kədərlənir, ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Baxış sayı:136
Bu xəbər 12 Fevral 2025 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















