BDU nun dekanı Polşada Türkoloji tədqiqatlar üzrə beynəlxalq konfransda məruzə edib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 17 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan Polşa Respublikasının Varşava Universitetinin dəvəti ilə Türkoloji tədqiqatlar üzrə beynəlxalq konfransda “Türk və Azərbaycan romantik poeziyasının tarixi” mövzusunda məruzə edib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Varşava Universitetinin Azərbaycan Mədəniyyəti Mərkəzi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Karaim Türkləri Fondu və Varşava Universitetinin birgə dəstəyi ilə təşkil olunan konfransa Polşa, Türkiyə, Azərbaycan, Qazaxıstan, Macarıstan, Fransa, Gürcüstan, Litvadan türkoloq alimlər qatılıblar.
Konfrans çərçivəsində Aydan Xəndan Varşava Universitetinin Asiya və Afrika mədəniyyəti fakültəsinin dekanı Agata Bareja Stazinska ilə fakültələrarası əməkdaşlıq istiqamətlərini də müzakirə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 17 Noyabr 2025 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















